Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI
Axtar
 
  • / Maqazin / — 12 May 2026

    Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

  • / Maqazin / — 05 Fevral 2026

    Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“

Macarıstanda qalmaqal: XİN rəhbəri məxfi sənədləri məhv etməkdə ittiham edilir

Tarix 13.04.26, 22:31

Font ölçüsü : - / +
bitmap-img6


Macarıstanda keçirilən parlament seçkilərindən sonra siyasi gərginlik artır. Ölkənin paytaxtı Budapeştdə keçirilən mətbuat konfransında “Tisa” partiyasının lideri Peter Macar vəzifədən gedən xarici işlər naziri Peter Siyarto barədə ciddi ittihamlar səsləndirib.

Musavat.com “Euronews” kanalına istinadən xəbər verir ki, P.Macar bildirib ki, Szijjarto və onun yaxın əməkdaşları sanksiyalarla bağlı məxfi sənədləri məhv edirlər. Onun sözlərinə görə, bu məlumatlar nazirlik daxilindən olan “insayder mənbələrdən” əldə edilib və hazırda bir sıra dövlət qurumlarında sənədlərin sistemli şəkildə yox edildiyi barədə xəbərlər var.

“Dünən Viktor Orbanın qələbə nitqi zamanı görünməyən xarici işlər naziri Peter Siyarto bu gün saat 10:00-da Xarici İşlər Nazirliyinə gəlib və o andan etibarən yaxın çevrəsi ilə birlikdə sanksiya materialları ilə bağlı sənədləri məhv etməyə başlayıb”, deyə Macar mətbuat konfransında bildirib.

O əlavə edib ki, bu məlumatlar nazirlik daxilində onun partiyasına yardım edən məmurlar vasitəsilə əldə olunur.

“Bu, hazırda Macarıstanda baş verənlərdir. Biz artıq bir neçə gündür bilirik ki, təkcə nazirliklərdə deyil, Orban elitası ilə bağlı digər qurumlarda da sənədlərin məhv edilməsi prosesi başlayıb”, - Macar deyib.

Qeyd edək ki, seçki kampaniyası dövründə Siyarto həmçinin Rusiya XİN rəhbəri Sergey Lavrovla yaxın əlaqələrdə olmaqda və Rusiyaya qarşı tətbiq olunan sanksiyalar siyahısından şəxslərin adlarının çıxarılması məsələsində yardım göstərməkdə ittiham olunub. Macarıstan Xarici İşlər Nazirliyi isə hələlik məsələ ilə bağlı mediaya şərh verməyib.



Xəbərin oxunma sayı : 1357




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap