Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“
Axtar
 
  • / Sosial / — 13 Mart 2026

    Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

  • / Maqazin / — 05 Fevral 2026

    Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“

  • / Maqazin / — 26 Yanvar 2026

    Efirdə xanəndə ilə Mənzurə arasında gərginlik - VİDEO

  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

Bakıda məşhur aktyorun elmlər doktoru olan qardaşı qızı mənzilində ölü tapıldı - VİDEO

Tarix 17.04.26, 13:42

Font ölçüsü : - / +
bitmap-img6


Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospekti 126 ünvanında 71 yaşlı qadının meyiti tapılıb.

AzFakt.com ARB-yə istinadən xəbər verir ki, uzun müddət tək yaşayan qadın bir həftədən çoxdur mənzildən çıxmırmış. Binadan pis qoxu gəldiyi üçün qonşular polisə müraciət ediblər. Əraziyə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub və pəncərədən mənzilə daxil olduqda məlum olub ki, 71 yaşlı qadın hamam otağında vəfat edib.

Mənzildə meyiti tapılan Leyla Şeyxzamanovanın 10 günə yaxındır işə getmədiyini görən həmkarları 23 saylı Mənzil İstismar Sahəsi ilə əlaqə saxlayıblar. Çağırış əsasında Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzinin xilasediciləri hadisə yerinə cəlb olunub. Həyata keçirilən tədbirlər nəticəsində qadının meyiti mənzildən çıxarılıb.

Qeyd edək ki, vəfat edən Leyla Şeyxzamanova Milli Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunda böyük elmi işçi olub, elmlər doktoru idi. O, mərhum aktyor Məmmədrza Şeyxzamanovun qardaşı qızıdır.

Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda araşdırma aparılır, ölüm səbəbi müəyyənləşdirilir.






Xəbərin oxunma sayı : 412




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap