Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“
Axtar
 
  • / Sosial / — 13 Mart 2026

    Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

  • / Maqazin / — 05 Fevral 2026

    Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“

  • / Maqazin / — 26 Yanvar 2026

    Efirdə xanəndə ilə Mənzurə arasında gərginlik - VİDEO

  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

Peşə Təhsili Agentliyində kadr xaosu - Boş ştatlar, bölüşdürülən maaşlar …

Tarix 17.04.26, 16:40

Font ölçüsü : - / +
bitmap-img6


Uzun illərdir əsasən keçirdiyi qəbul imtahanlarındakı narazılıqlarla yadda qalan Peşə Təhsili üzrə Dövlət Agentliyində kadr problemi, ştat uyğunsuzluğu və digər hallar artıq nöqtəyə çatıb.  Hər il keçirilən müəllim və usta qəbulu imtahanlarından sonra boş ştat yerlərinə yerləşdirmə zamanı böyük haqsızlıqlar edildiyi iddia olunan Agentliyin Mərkəzlərində vəziyyət ildən ilə rüsvayçı hal alır.

AzFakt.com Bizimesr.com -a istinadən daxil olan məlumata görə, Peşə Təhsili üzrə Dövlət Agentliyinin tabeliyində olan Mərkəzlərdə və peşə məktəblərində boş qalan ştat və vəzifə yerləri gizlədilir, boş saxlanılır. Əsasən ali təhsilli insanların işsiz qaldığı bir dövrdə bu ştat yerlərinin nədən boş saxlanılması, gizlədilməsi ciddi suallar yaradır. Mərkəz rəhbərləri bunu özbaşınamı edir, yoxsa Peşə Təhsili üzrə Dövlət Agentliyinin bundan xəbəri varmı?

Məlumata görə, Mərkəzlərdə və peşə məktəblərində çoxsaylı texniki vəzifələrdən tutmuş müəllim, usta və hətta rəhbər vəzifələr belə boş saxlanılır. İddialara görə, vəzifə ştatı üzrə nəzərdə tutulan işlər direktorların yaxın adamları arasında bölüşdürülərək dövlət vəsaiti əmək haqqı şəkilində mənimsənilir. Qeyd olunur ki, bəzi Peşə Təhsili Mərkəzlərində direktorlar, direktor müavinləri və onlara yaxın müəllimlər bu imkanlardan istifadə etməklə ayda əmək haqqı olaraq yüksək məbləğdə “maaş” alırlar. Bu rəqəmlər ayda 5-8, hətta 10 min manat civarına qədər çata bilir.

Bizimesr.com-a daxil olan digər məlumata əsasən, Peşə Təhsili Mərkəzlərinin əksəriyyətində boş saxlanılan vəzifələrdən biri də keyfiyyət təminatı üzrə mütəxəssis ştatıdır. Bu vəzifə üzrə imtahan tələb olunmur və təyinat birbaşa direktorlar tərəfindən həyata keçirilir. Maraqlıdır ki, demək olar ki, əksər Peşə Mərkəzlərində bu vəzifə də digər ştatlar kimi boş saxlanılır. Amma araşdırılsa bəlli olar ki, keyfiyyət təminatı üzrə mütəxəssis vəzifəsi kiməsə həvalə olunub və əmək haqqı ayırılır.

Həmçinin qeyd olunur ki, Peşə Təhsili üzrə Dövlət Agentliyinin rəhbər şəxsləri bu vəzifə ştatlarından, həmin təyinatlardan və Mərkəzlərdə baş verən neqativ hallardan demək olar ki, xəbərsiz görünürlər. Həqiqətənmi, Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı peşə təhsili müəssisələrində baş verənlərdən xəbərsizdir?

Qeyd edək ki, Agentliyin tabeliyində fəaliyyət göstərən Peşə Təhsili Mərkəzlərində və məktəblərində ciddi pozuntuların baş verdiyi iddia olunur və bu faktların araşdırılmadığı bildirilir.



Xəbərin oxunma sayı : 415




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap