Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“
Axtar
 
  • / Sosial / — 13 Mart 2026

    Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

  • / Maqazin / — 05 Fevral 2026

    Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“

  • / Maqazin / — 26 Yanvar 2026

    Efirdə xanəndə ilə Mənzurə arasında gərginlik - VİDEO

  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

Bakıda plana düşən evlər: 1500-dən 3500 manata qədər kompensasiya

Tarix 16.04.26, 13:20

Font ölçüsü : - / +
bitmap-img6


Bakıda plana düşən evlərin qiymətinin bahalaşması son dövrlərdə daşınmaz əmlak bazarında diqqət çəkən əsas tendensiyalardan biridir. 

AzFakt.com xəbər verir ki, mövzu ilə bağlı milli.az-a açıqlamasında əmlak məsələləri üzrə ekspert Orxan Rüstəmli bildirib ki, Bakıda plana düşən evlərin qiymətinin bahalaşması əsasən bazarda formalaşan gözləntilərlə bağlıdır.

"Bu cür evlərə maraq daha çox gələcəkdə əldə olunacaq kompensasiya ilə əlaqədardır. Alıcılar hesab edir ki, bina söküldükdən sonra ya daha yüksək məbləğdə pul, ya da yeni tikilidə mənzil əldə edəcəklər. Bu gözlənti satıcıların qiyməti artırmasına səbəb olur. Qiymət artımı daha çox şəhərin mərkəzi rayonlarında - Yasamal, Nəsimi, Nərimanov və Səbail ərazilərində müşahidə olunur. Həmçinin köhnə həyət evlərinin yerləşdiyi ərazilərdə də, məsələn "Kubinka" və keçmiş "Sovetski" zonasında qiymətlər yüksəlir. Bu yerlərdə əsas dəyər evdən çox torpaqla bağlı olur".

O Rüstəmli qeyd edib ki, hazırda Bakıda plana düşən evlər üçün ödənilən kompensasiya təxminən 1500-3500 manat/m² aralığında dəyişir.

"Mərkəzi ərazilərdə bu rəqəm adətən 2000 manat/m² və ya daha yüksək olur, şəhərin kənar hissələrində isə nisbətən aşağıdır. Bu göstəricilər bazarda qiymətlərin formalaşmasına birbaşa təsir edir.Bazarda satış qiymətləri isə çox vaxt real dəyərdən yüksək olur. Məsələn, normalda 80 000 manat olan bir ev plana düşəcəyi gözlənildikdə 100 000-120 000 manata təklif oluna bilər. Bunun səbəbi alıcıların gələcəkdə daha çox qazanc əldə edəcəklərinə inanmasıdır.Ümumilikdə, bu evlərin bahalaşması real yaşayış dəyərindən çox, gələcək qazanc gözləntiləri, məhdud təklif və yüksək tələblə bağlıdır. Bununla yanaşı, bu sahədə müəyyən risklər də mövcuddur: söküntü prosesinin gecikməsi, kompensasiyanın gözləniləndən aşağı olması və hüquqi məsələlər kimi amillər qiymətlərin hər zaman əsaslı olmadığını göstərir", - deyə o qeyd edib.



Xəbərin oxunma sayı : 202




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap