Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“
Axtar
 
  • / Sosial / — 13 Mart 2026

    Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

  • / Maqazin / — 05 Fevral 2026

    Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“

  • / Maqazin / — 26 Yanvar 2026

    Efirdə xanəndə ilə Mənzurə arasında gərginlik - VİDEO

  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

Vəfa Şərifova özünə belə haqq qazandırdı: “Camaat 100 ev yıxıb, mən 1 ev yıxmışam”

Tarix 18.04.26, 21:00

Font ölçüsü : - / +
bitmap-img6


Müğənni Vəfa Şərifova bir müddət əvvəl səsləndirdiyi qalmaqallı fikirlərlə yenidən gündəmə gəlib.

AzFakt.com xəbər verir ki, o, "Camaat 100 ev yıxıb, mən 1 ev yıxmışam!" sözlərinə ilk dəfə aparıcı Tarix Əliyevin (Tolik) "Səmimi" adlı "YouTube" verilişində aydınlıq gətirib. O bildirib ki, fikirləri bəzən düzgün anlaşılmayıb və demək istədiyini tam ifadə edə bilməyib.

Şərifovanın sözlərinə görə, həmin ifadə şəxsi həyatına işarə idi: "Demək istəyirdim ki, insanların həyatında müxtəlif hadisələr olur, mənim həyatımda isə yalnız bir insan olub. Hamı bunu başıma vururdu".

Müğənni əlavə edib ki, sözügedən şəxs artıq iki ildir həyatında yoxdur və yenidən bir araya gəlmələri mümkün deyil. O, övladlarının atasının yaxşı insan və qayğıkeş ata olduğunu vurğulasa da, münasibətlərinin bərpasının mümkünsüz olduğunu bildirib.

Vəfa qeyd edib ki, bu vəziyyəti övladına izah etməkdə çətinlik çəkir: "Bəzən anlayır, bəzən isə bizi barışdırmaq istəyir".

Sənətçinin bu açıqlamaları sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. İzləyicilər arasında fərqli fikirlər səslənib. Bəziləri onu dəstəkləsə də, digərləri əvvəlki açıqlamasını hələ də tənqid edir.(Milli.Az)



Xəbərin oxunma sayı : 757




Maqazin

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap