Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“
Axtar
 
  • / Sosial / — 13 Mart 2026

    Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

  • / Maqazin / — 05 Fevral 2026

    Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“

  • / Maqazin / — 26 Yanvar 2026

    Efirdə xanəndə ilə Mənzurə arasında gərginlik - VİDEO

  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

58 yaşlı Nikol Kidman yaxın dostu ilə sevgilidir - İDDİA

Tarix 18.03.26, 18:40

Font ölçüsü : - / +
bitmap-img6


Məşhur aktrisa Nikol Kidman musiqiçi Kit Urban ilə boşandıqdan sonra yeni sevgi münasibətində olmaqda şübhəli bilinir.

"Daily Mail” nəşrinin yazdığına görə, "Sensasiya” və "Yaxşı pis qız” filmlərinin ulduzunun seçimi onun dostu və həmkarı Saymon Beyker ola bilər. 

Onların arasında yalnız iş münasibətlərinin deyil, mümkün romantik əlaqənin də olduğu barədə şayiələr "Skarpetta” serialının premyerasında birgə görünmələrindən sonra yayılmağa başlayıb. Qeyd olunur ki, tədbirdə aktyorlar əl-ələ tutublar. Mənbələrin sözlərinə görə, bu vəziyyət Kidmanın keçmiş həyat yoldaşı Kit Urbanı qəzəbləndirib.

Mənbələrin bildirdiyinə görə, Nikol və Saymonu əl-ələ görmək onun üçün ən yaxın dostunu həyat yoldaşı ilə görmək kimi olub və bu, ona ciddi təsir edib. Kit ümid edir ki, bu, sadəcə mediada diqqət çəkmək üçündür. Amma belə olsa belə, bu, onun üçün xəyanət kimi qəbul edilir, çünki həm Nikol, həm də Saymon bu cür şayiələrin ona necə təsir edəcəyini bilirlər. O, çəkilişlər zamanı da onların yaxınlaşdığından şübhələnirdi. Bu, onun ən pis kabusuna çevrilib.

Bildirək ki, Saymon Beyker 2020-ci ildə rəsmi şəkildə boşanıb. Nikol Kidman və Kit Urbanın ayrılması isə 2025-ci ilin payızında məlum olub və təşəbbüs aktrisaya aid edilib. Bu il tərəflər münasibətlərini rəsmi olaraq başa çatdırıblar.



Xəbərin oxunma sayı : 169




Maqazin

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap