Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“
Axtar
 
  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

  • / Maqazin / — 05 Fevral 2026

    Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“

  • / Maqazin / — 26 Yanvar 2026

    Efirdə xanəndə ilə Mənzurə arasında gərginlik - VİDEO

  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

Deputat oğlunun Dubay sərvəti - milyonluq mənzillər, gizli əmlak şəbəkəsi (FOTOLAR)

Tarix 02.05.26, 22:26

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının keçmiş sədri, deputat Səttar Möhbalıyevin oğlu İsfəndiyar Mehbalıyevin Dubayda daşınmaz əmlaklara sahib olması ilə bağlı yeni məlumatlar yayılıb. 

AzFakt.com bildirir ki, Araşdırmaçı jurnalist Cavanşir Həsənlinin sosial şəbəkə hesabında paylaşdığı məlumata görə, İsfəndiyar Mehbalıyev Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində, Palm Jumeirah adasının yaxınlığında yerləşən və elit yaşayış zonalarından hesab olunan Dubai Marina (Marsa Dubai) kompleksində iki mənzil alıb.

Bildirilir ki, hər birinin sahəsi 80.49 kvadratmetr olan bu mənzillər 1101 və 1401 nömrələri ilə qeydiyyata alınıb. Mənzillərin əmlak nömrələri (P-Number) isə 156986391 və 156989399 olaraq göstərilir. Məlumata əsasən, həmin kompleksdə bu tip mənzillərin bazar dəyəri təxminən 1.3 milyon manatdan 2.1 milyon AED-ə qədər (320 min – 520 min ABŞ dolları) dəyişir.

Açıklama yok.

Araşdırmada qeyd olunur ki, bu, İsfəndiyar Mehbalıyevin Dubaydakı yeganə əmlakı deyil. Onun adı həmçinin Madinat Jumeirah Living (MJL) yaşayış kompleksində mülkiyyət sahibləri arasında da keçir. Bu kompleksdə 2 otaqlı mənzillərin qiyməti 3 milyon – 4.5 milyon AED (təxminən 815 min – 1.2 milyon ABŞ dolları), 3 otaqlı mənzillərin qiyməti isə 4.5 milyon AED-dən başlayaraq 7 milyon AED-ə (təxminən 2 milyon dollar) qədər yüksəlir.

Açıklama yok.

Qeyd edək ki, İsfəndiyar Mehbalıyev əvvəllər Qaradağ Rayon Polis İdarəsinin rəisi vəzifəsində çalışıb. O, üç il əvvəl Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinə rəis müavini təyin olunub.

Açıklama yok.

Məlumatda həmçinin bildirilir ki, İsfəndiyar Mehbalıyev Prezident Administrasiyasının sabiq şöbə müdiri Əli Həsənovun kürəkəni olub. İddialara görə, cütlük ötən il boşanıb. Əli Həsənovun qızı Safiyə Mehbalıyevanın da hazırda Dubayda yaşadığı və qızıl-zinət əşyaları, bahalı brend saatlar və aksesuarların satışı ilə məşğul olduğu qeyd edilir.

Açıklama yok.




Xəbərin oxunma sayı : 814




Gündəm

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap