“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Mehrac Babayev müflis olur - Rusiyada biznesi çökən azərbaycanlı oliqarx tikinti bazarını tərk edir

Tarix 24.11.26, 20:05

Font ölçüsü : - / +
bitmap-img6


Mehrac Babayevin şirkəti 2025-ci ildə 190,7 milyon rubl zərər edib, ötən il 1,21 milyard rubl gəlir əldə edən oliqarxın qazancı 60,8 faiz azalıb.

AzFakt.com haqqin.az portalına istinadən xəbər verir ki, Rusiyada iri tikinti biznesi ilə məşğul olmuş azərbaycanlı iş adamı Mehrac Babayevin Krasnodar diyarında qeydiyyatdan keçmiş şirkəti ləğv edilir.
Rusiyanın Rusprofile portalının məlumatına görə, Babayevə məxsus “SKR Construction” MMC 16 noyabr 2023-cü ildə Krasnodarda qeydiyyatdan keçib. Şirkət yaşayış və qeyri-yaşayış binalarının tikintisi üzrə ixtisaslaşıb.

Şirkətin maliyyə göstəriciləri 2025-ci ildə kəskin pisləşib. “SKR Construction”un gəliri 475,5 milyon rubl təşkil edib ki, bu da əvvəlki ilin 1,21 milyard rublluq göstəricisindən 60,8 faiz azdır. 2024-cü ildə 277,4 milyon rubl xalis mənfəət əldə edən şirkət 2025-ci ildə 190,7 milyon rubl zərərlə üzləşib.

Rusiyanın Injust hüquqi mübahisələr portalının məlumatına görə, şirkət hazırda ləğv prosesindədir.

Qeyd edək ki, 2009-cu ildə oliqarxların övladları İsveçrədə bahalı idman avtomobilləri ilə yarış təşkil ediblər. Yarış zamanı Mehrac Babayevin oğlu Ziya Babayev qəza törədərək 70 yaşlı almaniyalı təqaüdçünün xəsarət almasına səbəb olub.

2021-ci ildə isə Ziya Babayev İstanbuldan qayıdarkən Moskvanın Vnukovo hava limanında saxlanılıb. O, ümumi dəyəri yarım milyon dollar olan zinət əşyalarını qaçaq yolla ölkəyə gətirməyə cəhd etməkdə şübhəli bilinib.



Xəbərin oxunma sayı : 502




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap