| |
|
Xankəndi futbol stadionunda nə baş verir? - Mühəndis yoxluğu, fəhlələrə keyfiyyətsiz yemək...
Yüksək faiz, qanunsuz girov: “S Lombard”ı kim himayə edir?
“Azəraqrar”da qalmqal - “Nazirin komandiri” yeni direktora qarşı...
Məmurların adından “təcili” pul istəyirlər - DTX araşdırma aparır
Sabiq sədr Almaniyada tikinti biznesinə başlayıb - Şərikli bina tikir + FOTO
Məmməd Musayevlə əlbir olub 100 milyonu “yeyiblər” - Vəzifəli şəxslər həbs edildi
“Qardaşımla birgə 16 milyon vermişik” - Tale Heydərovun ifadəsi oxundu
Deputat Cavanşir Feyziyev Londonda milyonluq mülklər alıb - SİYAHI
Saleh Məmmədov 1 ilə 176 milyon manat artıq vəsait xərcləyib - RƏSMİ
Leysan Məmmədovun fəaliyyəti araşdırılacaq….- Milyonlar necə xərclənir?
“Azəraqrar”ın əsl rəhbəri kimdir? - Nazirin sabiq komandirinin maaşı 7 dəfə artırılıb?
Bizim iradəmizə qarşı çıxanın başı əziləcək - Azərbaycan Prezidenti
Maliyyə Nazirliyi AAYDA yoxlama aparır - Ciddi yeyintilər aşkarlanıb
Vensin Azərbaycana səfəri: Zəngəzur dəhlizinin müzakirələri yeni mərhələdə
Azərbaycanlılar 10 ayda geyimə bu qədər xərcləyiblər - RƏQƏMLƏR
Tarix 23.11.26, 22:19 |
|
Azərbaycanda əhalinin geyim və ayaqqabıya xərclədiyi vəsait milyardlarla manatla ölçülür. 2026-cı ilin yanvar-oktyabr aylarında ölkə sakinləri toxuculuq, geyim və ayaqqabı məhsullarının alınmasına 8 milyard 54 milyon manat xərcləyiblər. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 4,2 faiz çoxdur. Rəqəmlər geyim alışına ayrılan xərclərin kifayət qədər böyük olduğunu göstərir.
Dünya ölkələri ilə müqayisə də geyim və ayaqqabı alışına ayrılan vəsaitin iqtisadi inkişaf səviyyəsi və əhalinin alıcılıq qabiliyyəti ilə sıx bağlı olduğunu göstərir. ABŞ mənşəli beynəlxalq bazar araşdırmaları şirkəti NIQ-nin məlumatına görə, 2025-ci ilin iyununda açıqladığı araşdırmaya əsasən, 2024-cü ildə Avropanın 25 ölkəsi üzrə geyim və ayaqqabı alışına adambaşına düşən alıcılıq qabiliyyəti orta hesabla 772 avro təşkil edib. Siyahıda Lüksemburq 1777 avro ilə ilk sırada qərarlaşıb. İsveçrə 1096 avro, Norveç 1034 avro ilə növbəti yerləri tutub. Böyük Britaniyada bu göstərici 991 avro, Fransada 954 avro, İspaniyada 921 avro, Almaniyada isə 547 avro olub. Ən aşağı göstərici Rumıniyada qeydə alınıb – 375 avro.
Araşdırma göstərir ki, Avropa ölkələrində geyim və ayaqqabı alışına ayrılan vəsait arasında ciddi fərqlər var. Lakin yüksək məbləğ hər zaman insanların daha çox geyim alması demək deyil. Burada ölkələr üzrə gəlir səviyyəsi, məhsulların qiyməti və alıcılıq qabiliyyəti də mühüm rol oynayır.
Avropa İttifaqının Statistika İdarəsinin (Eurostat) məlumatına görə, 2025-ci ildə geyim və ayaqqabı xərcləri Avropa İttifaqında ev təsərrüfatlarının ümumi istehlak xərclərinin 4,1 faizini təşkil edib. Bu göstərici geyim alışının Avropa ailələrinin ümumi büdcəsindəki payını əks etdirir.
İqtisadçı Xalid Kərimli Musavat.com-a açıqlamasında geyim xərclərinin artmasının səbəblərini şərh edərkən bildirib ki, bu artımı əhalinin daha çox geyim alması ilə əlaqələndirmək düzgün olmaz: “Ümumi xərclərin yüksəlməsinin əsas səbəbi qiymət artımıdır. Belə bir məlumat varmı ki, məsələn, bu gün Avropa ölkələrində insanlar geyimə bizdən daha az, yaxud MDB ölkələrində Azərbaycandan daha az vəsait xərcləyirlər? Belə bir statistikamız yoxdur. Mən əminəm ki, onların hamısı bizdən daha çox xərcləyir. Bizdə insanlar adi qaydada geyinirlər. Hesab etmirəm ki, geyimə həddindən artıq böyük vəsait xərcləyirik.
Geyim xərclərinin 4,2 faiz artmasının əsas səbəbi əhalinin daha çox paltar alması deyil, qiymətlərin yüksəlməsidir. İnflyasiyadan danışırıq. Qeyri-ərzaq sektorunda da inflyasiya var. Daşıma xərcləri artır, şəffaflaşma prosesi gedir və bütün bunlar qiymətlərin yüksəlməsinə səbəb olur. Yəni bu qədər vəsaitin geyimə yönəlməsinin səbəbi insanların geyinmək məcburiyyətində olmasıdır. Geyim də ərzaq kimi baza tələbatıdır. Əhalinin alıcılıq qabiliyyəti artmayıb, ümumi xərclərin yüksəlməsinə qiymət bahalaşması səbəb olub. İnsanlar daha çox ehtiyaclarına uyğun alış-veriş edirlər”.
Ailə büdcəsində geyimin payının nə qədər olmasına gəlincə, burada orta göstəricilərə baxmaq lazımdır. İlk növbədə ərzaq xərclərinin aşağı olması ilə bağlı məqamlar var. Geyim də, ərzaq da baza tələbatlarına daxildir. Amma geyimin xərc strukturu ərzaqdan fərqlənir. Məsələn, biz doqquz ay ərzində kiloqramı 4 dollardan ikinci əl geyim məhsulları idxal etmişik. Bunun ümumi dəyəri təxminən 3 milyon dollar olub. Həmin məhsulları da insanlar alıb geyinirlər. Bir geyim 5000, digəri 3000 dollar ola bilər. Bu baxımdan geyim xərclərini ərzaq xərcləri ilə eyniləşdirmək düzgün deyil”.
İqtisadçı qeyd edib ki, zəif inkişaf etmiş ölkələrdə əhalinin ümumi xərcləri arasında geyimin payı yüksək olur: “İnkişaf etmiş ölkələrdə isə insanlar daha çox əyləncəyə, səyahətə, sosial fəaliyyətlərə, dünyanı gəzməyə və yüksək qiymətli məhsullara vəsait ayırırlar.
Ona görə də hesab etmirəm ki, Azərbaycanda geyim xərcləri həddindən artıq çoxdur. Əhalinin sayı artır, eyni zamanda məhsulların qiyməti bahalaşır. Şəhərdə premium mağazalar olsa da, onların fəaliyyəti əsasən Bakının bir neçə küçəsi ilə məhdudlaşır. Ölkənin digər ərazilərində isə insanlar əsasən ikinci əl bazarından, Çindən və Türkiyədən gətirilən məhsullardan ala bilirlər. Bu baxımdan insanları geyimə çox pul xərcləməkdə ittiham etməyin heç bir əsasını və arqumentini görmürəm. İnsan paltar geyinməlidir, bu, onun baza ehtiyacıdır”.
Xəbərin oxunma sayı : 67
Sosial
Xəbərlər
-
Vətəndaşın pulunu KİM qaytaracaq? - İcbari tibbi sığortada YENİLİK
-
Azərbaycanlılar 10 ayda geyimə bu qədər xərcləyiblər - RƏQƏMLƏR
-
Sol ayağı kəsilən vətəndaşın əlillik pensiyası niyə kəsilib? - VİDEO
-
Keçmiş məmur 29 milyon dollar rüşvət aldı - Edam olunacaq
-
Bakıda “Green Park” hotelin yerləşdiyi bina satışa çıxarıldı - QİYMƏT
-
Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinidə - Fotolar
-
İnterpol iki azərbaycanlı qadını axtarır - Nədə ttiham olunurlar?
-
Qonaq getdiyi evdən qızıl oğurladı - Lombarda qoyub pul götürdü
-
Apteklərdə oftalmoloji müayinə aparanlarla bağlı - Xəbərdarlıq
-
Huanq “Nvidia”ya qayıtdı - intim macəralar onu durdurmadı
-
Bazarlarda gizli satılan balıq - Qiyməti və ovlanması ilə bağlı açıqlama
-
Antisanitariya, vaxtı keçmiş içki və qidalar... – “By Fateh Gənclik” bağlandı
-
“Nar Oyun Mərkəzi”ndə oyna, smartfon qazan
-
Maaşda Bakını üstələyən rayon və şəhər - SİYAHI
-
Binəqədi-Novxanı şosesində müəmmalı tikinti: İcazə varmı?..
-
Azərbaycanlılar üçün Həcc ziyarəti ildən-ilə bahalaşır - 10 ildə 3825 manat artım
-
Həbsdən çıxdı, 9 ay sonra yenidən oğurluq etdi - Bu dəfə 3 il azadlıqdan məhrum edildi
-
Bakı və rayonlarda sabah külək güclənəcək - Xəbərdarlıq
-
Azərbaycan hotellərində kişilər niyə ölür? - ARAŞDIRMA
-
Ev oyunlarında ən çox hansı klublar tamaşaçı cəlb edir? - SİYAHI
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
“Azərişıq” və “Azərenerji”nin fəaliyyəti araşdırılacaq - Komissiya yaradılıb
-
Ermənistanın zəmanəti İrana kifayət etmir - Tehrandan növbəti TRİP xəbərdarlığı
-
Bakıda film kimi qalmaqal: Evə baxıcı kimi girib milyonluq mirası mənimsədi
-
“TVM İnşaat“ın vergi borcu 13,6 milyonu ötdü - Dövlət komitəsi və nazirliklə iki şübhəli müqavilə
-
Prezident Sərəncam imzaladı - Bu hərbçilər ehtiyata buraxılacaqlar
-
Bakıda fantastik qiymətə “06” satılır - 89 MİN MANAT!
-
Elçin Babayev işdən çıxarılma xəbərini Astanada alıb - DETALLAR
-
Şokolad qutularında 50 min dollar, alt paltarında xərçəng dərmanları gətirdi - Cəzası qüvvədə qaldı
-
Pərakəndə ticarət dövriyyəsinin 60 faizi Bakının payına düşüb - Siyahı
-
Bu yolda cərimələnə bilərsiniz - Nişanlar dəyişdirilib - VİDEO
-
Azərbaycanda rəqəmsal fırıldaqçılıq kəskin artıb: 3 ayda nə qədər vəsait ələ keçirilib?
-
İsraildə koalisiya danışıqları davam edir - Yəşar və Likud yenidən görüşəcək
-
Əli Kərimlinin məhkəməsinə Ramiz Mehdiyev çağırıldı - Ailəsi ilə birgə
-
Azərbaycan ilə İtaliya arasında sənəd imzalanacaq - Nazir detalları açıqladı
-
“İcra nümayəndəsinin bacısı “Flora Baku”nu sökdürməklə hədələyir” - Video
-
Əlilliyin qiymətləndirilməsində yeni qayda: Bu tələb ləğv edildi
-
Siqaret çəkən oğluna görə arvadını döydü - 1 il qadağa qoyuldu
-
Prezident İtaliya Nazirlər Şurası Sədrinin müavinini qəbul etdi - FOTO
-
Xankəndidən qənimətləri çıxarmaq istəyən hansı məmur olub? - Yük maşınları postda saxlanıldı
-
Azərbaycanda məktəb məzunlarının universitetə qəbul xəritəsi - İlk və sonuncu yerlər
-
Paşinyandan sensasiyalı bəyanat: “Yeni Konstitusiya qəbul olunmasa, istefa verib gedəcəyəm“
-
Ələtdə hava limanının tikintisi nə vaxt başa çatacaq? - Tarix açıqlandı
-
Ağdaş Dövlət Humanitar Kollecində korrupsiya: Qiymətlər pulla dəyişdirilib?
-
Sərxoş halda maşın sürüb arvadının ölümünə səbəb oldu - Təfərrüat
-
"Vesta Construction" MTK-nın sahibi həbs edildi - 1 milyonluq dələduzluq
-
Türkiyədə tarixin ən uzun COP-u başa çatdı - Razılıq əldə olunmadı
-
Bakıda yaşayış binalarının yaxınlığında yerləşən göl qurumağa başlayıb - Video
-
Ad gününü qeyd edib evinə qayıdan tanınmış aparıcı qəzaya düşdü - Dünyasını dəyişdi
-
“KXDR hegemonluq və ya ekspansiya iddiasında deyil“ - Kim Çen In
-
Bakıda bina tikintisi azalıb, mənzillər bahalaşıb - VİDEO
-
Azərbaycan–Vyetnam münasibətləri inkişaf edəcək
-
Azərbaycan xarici siyasətində ənənəvi dostluq münasibətlərinin qorunması ilə yanaşı...
-
Vyetnam biznesinin Azərbaycan iqtisadiyyatında iştirakı ikitərəfli münasibətlərin mühüm tərkib hissəsidir
-
Paytaxtın bu ərazisində qaz olmayacaq - XƏBƏRDARLIQ
-
“Azərbaycan ABŞ ilə əlaqələrin inkişafında maraqlıdır“ - İlham Əliyev
-
Vasif Talıbovun Dubayda 73 milyonluq villası üzə çıxdı - FOTO
-
Təbii artımın ən yüksək və ən aşağı olduğu rayonlar - Siyahı
-
Prezident ABŞ-nin daxili təhlükəsizlik nazirini qəbul etdi - Fotolar
-
Qızıl, bank, yoxsa daşınmaz əmlak: Pulu harada saxlamaq daha sərfəlidir? (VİDEO)
-
“Avroviziya“ təmsilçilərimiz Bakıda görüşdü - FOTOLAR
-
Premyer Liqa: “Kəpəz“ evdə “Qarabağ“la heç-heçə edib
-
“Diplomatiya pəncərəsi hələ də açıqdır” - Rəsmi Tehran
-
Azərbaycan və Vyetnam arasında əməkdaşlıq daha da genişlənəcəkdir
-
Nikah və boşanmaların ən çox olduğu rayonlar - SİYAHI
-
Taxta çıxanda qardaşını tituldan məhrum edə bilər - Kral ailəsində qalmaqal
-
Dünyanın ən yaraşıqlı futbolçuları – İlk onluqda kimlər var?
-
Magistral yollarda görünüş məsafəsinin məhdudlaşacağı gözlənilir - Dumana görə
-
Selçuk Bayraktaroğlu Somalinin hərbi obyektlərində olub - VİDEO
-
15 yaşlı oğlan bacısını “TikTok“a görə bıçaqlayıb - Təfərrüat
-
“Nə müharibə, nə də sülh“ vəziyyətindən çıxmalıyıq“ - Pezeşkian
-
Azərbaycana 910 min ədəd tibbi maska idxal olunub - 2,3 qəpiyə
-
Türkiyədən Aİ-yə sərt tələblər - Xüsusi işçi qrup yaradıldı
-
Xocəsəndə təhlükəli vəziyyət: 10 min voltluq kabellər su içində - Fotolar
-
Slovakiya Aİ-nin Ukrayna üçün kreditinə qoşulmayacaq - Robert Fitso
-
“ABŞ İrana qarşı hərbi məqsədlərinə çata bilməyəcəyini anlayıb“ - Qalibaf
-
Kombi işləyən evdə də dəm qazı öldürə bilər - ŞOK XƏBƏRDARLIQ
-
Məcnun Məmmədov Culfada vətəndaşları qəbul edəcək - Bu tarxidə
-
Azərbaycanın hansı rayonlarında nə qədər əməkhaqqı verilir? - Tam siyahı
-
“İranın hücumu zamanı iki nəfər xəsarət alıb“ - Bəhreyn DİN
-
Bu şəxslərin elektrik xərclərinin yarısını dövlət ödəyəcək - Açıqlama
-
Azərbaycanda ən çox tələbəsi olan ölkələr - Rəqəmlər
-
İranda 33 nəfər saxta spirtli içkidən zəhərlənib - Onlardan üçü ölüb
-
Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq - Sabahın havası
-
Astarada yol qəzası baş verib - Qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
-
“Xameneinin raketlərlə bağlı göstərişi həyata keçirilib“ - Qasım Qureyşi
-
Tədris Cərrahiyyə Klinikasında qalmaqal - Tibbi aparatlar işləmir, həkimlərin 5 aylıq maaşı verilmir
-
Bakıda bir sıra ərazilərə avtomobillə giriş ödənişli olacaq - Video
-
Elçin Babayevin adı Ramiz Mehdiyevin gizli planında - ŞOK DETAL
-
Azərbaycanda avtomobil bazarında seçimlər dəyişir - Çin maşınları liderdir
-
Tramp Putin ilə fotosunu “Mənim dostum” başlığı ilə paylaşıb - FOTO
-
Respirator viruslar yayılır: Həkimdən əhaliyə xəbərdarlıq (VİDEO)
-
Abort zamanı vəfat edən Yeganə həkimin qurbanı olub? - Video
-
Tramp xəbərdarlıq etdi: “ABŞ müflisləşə bilər“
-
Qaz limitləri sıfırlanır - Vətəndaşların nəzərinə
-
“Yaşıl Bağlar“ın hesabları donduruldu - 639 min manatlıq borc mübahisəsi
-
Meksikada mafiya babası tutuldu – ABŞ başına 5 milyon qoymuşdu
-
Bakıda ağaclar kəsilərək yerində restoran tikilir? - VİDEO
-
İranda güclü zəlzələ oldu - Naxçıvanda da hiss edildi
-
MTK sakinlərin aylıq ödənişlərini mənimsəyir? - VİDEO
-
Dərman almağa gedənlər saatlarla ayaq üstə qalırlar - Tovuzda xəstələr şikayətçidirlər
-
Prezident və xanımını belə yola saldılar - VİDEO
-
Ermənistanın yeni Konstitusiya layihəsi 23 noyabrda dərc ediləcək - Paşinyan
-
10 məktəbə yeni direktor təyin olundu - SİYAHI
-
Quba almasının gələcəyi sual altındadır - Fermerlər ziyana düşür
-
Sərvətinin 90%-ni itirdi - Artıq milyarder deyil
-
Prezidentlər Birgə Bəyanatı qəbul etdi - Bu istiqamətləri barədə razılığa gəliblər
-
Deputatdan nazirliklərə xəbərdarlıq: “Parlamentdə adlarını çəkəcəyəm“
-
Kartdan-karta köçürmələrə daha sərt məhdudiyyətlər gəlir? - Yeni təklif
-
Söküntülər, tələbə axını və bahalı mənzillər - Bakıda kirayə haqqı niyə artır?
-
"Mən Vyetnama səfərimin nəticələrindən çox məmnunam" - İlham Əliyev
-
Britaniya yenidən Avropa İttifaqına qayıda bilər - Baş nazirin planı
-
“Sabah rəsmi olaraq TRIPP layihəsinin başladığını elan edəcəyik” - Paşinyan
-
Azərbaycanın və Vyetnamın birinci xanımları Hanoyda İrs Evində olublar - FOTO
-
TƏBİB yoxlama aparmışdı - Şöbə müdiri işdən çıxarıldı
-
“Vyetnama Vətən müharibəsi dövründəkii dəstəyə görə minnətdarıq“ - İlham Əliyev
-
Buğda istehsalında məhsuldarlıq necə artırılacaq? - Palata rəsmisindən açıqlama
-
“Milad bayramına qədər Ukrayna və Rusiya arasında atəşkəs əldə oluna bilər” - Melaniya Tramp
-
Vyetnam bizim üçün dost ölkə və strateji tərəfdaşdır - Prezident
-
20 manatlıq “Hadi İnşaat“a daha bir tender: Bu dəfə Ağcabədidə yarım milyonluq yol təmiri
TOP 10
ARXİV






