“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

İnterpol iki azərbaycanlı qadını axtarır - Nədə ttiham olunurlar?

Tarix 23.11.26, 20:54

Font ölçüsü : - / +
bitmap-img6


Bu günə qədər müxtəlif cinayətlərdə ittiham olunan 36 Azərbaycan vətəndaşı İnterpol xətti ilə beynəlxalq axtarışa verilib. Onların arasında iki qadın da var. Qadınlardan biri insan alverində, digəri isə terror təşkilatının fəaliyyətində iştirak etməkdə ittiham olunur.

AzFakt.com Musavat.com-a istinadən xəbər verir ki, beynəlxalq axtarışda olan azərbaycanlıların ən gəncinin 34, ən yaşlısının isə 64 yaşı var.

Axtarışa verilən qadınlardan biri 38 yaşlı Ruhəngiz Orucovadır. Azərbaycanda anadan olan qadın insan alveri ittihamı ilə ölkəmiz tərəfindən axtarışa verilib. O, insan alveri qurbanını Azərbaycan sərhədindən təkrar keçirməyə cəhddə ittiham olunur.

İnterpol xətti ilə axtarılan digər qadın isə 45 yaşlı Gövhər Ağaverdiyevadır. Azərbaycanda anadan olan qadının həm Azərbaycan, həm də Rusiya vətəndaşlığı var.

Gövhər Ağaverdiyeva iki maddə üzrə ittiham olunur. Bunlar terror təşkilatının fəaliyyətində iştirak etmək, eləcə də xarici dövlətin ərazisində həmin ölkənin federal qanunvericiliyində nəzərdə tutulmayan silahlı birləşmənin tərkibində, dövlətin maraqlarına zidd məqsədlərlə iştirak etməkdir.



Xəbərin oxunma sayı : 229




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap