“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

“Böyük bosslar dünyanın taleyini həll edə bilməz” - Zelenski

Tarix 21.11.26, 13:27

Font ölçüsü : - / +
bitmap-img6


Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevin iştirakı olmadan Ukraynanın gələcəyi ilə bağlı razılaşma əldə edilməsi cəhdlərini fəlakətli səhv hesab edir.

“NBC News”-a verdiyi müsahibədə Ukrayna Prezidenti danışıqlarda böyük dövlətlərin Kiyevin iştirakı olmadan Ukraynanın taleyini həll etmək hüququnun olmadığını bəyan edib.

O bu yanaşmanı "böyük səhv" adlandırıb və təzyiq cəhdlərinin istənilən nəticəni verməyəcəyini vurğulayıb.

"Böyük ölkələr həmişə bütün dünyanın gələcəyi ilə bağlı qərarlar verə biləcəklərinə inanırlar. Bu, tamamilə böyük bir səhvdir. İstənilən ölkə, hətta kiçik bir ölkə ilə bağlı qərarlar həmin ölkənin iştirakı olmadan verilə bilməz", - deyə Zelenski bildirib.

O əlavə edib ki, kiçik ölkələrə təzyiq göstərməyə və onlara dair qərarlar qəbul etməyə çalışan dövlətlər uzunmüddətli perspektivdə səhvlərini anlaya bilərlər.

"Siz qərar verə biləcəyinizi düşünürsünüz, indi təzyiq göstərə bilərsiniz. Amma tarixdə, uzunmüddətli perspektivdə böyük səhv edən siz olacaqsınız və bu ölkə qalib gələcək", - deyə Prezident vurğulayıb.

Bu kontekstdə Ukrayna lideri ABŞ Prezidenti Donald Tramp və Rusiya başçısı Vladimir Putin arasında 2025-ci ildə Alyaskada keçirilən görüşdən bəhs edib.

Zelenskinin sözlərinə görə, iki lider daha sonra "3+2" konsepsiyasını - xüsusən də Moskvanın iddia etdiyi Ukrayna əraziləri üçün məqbul olan müharibənin bitməsi şərtlərini müzakirə ediblər.

Prezident xatırladıb ki, həmin görüş zamanı Putin Trampa Rusiya ordusunun Şərqi Ukraynanı üç, dörd və ya beş ay ərzində ələ keçirə biləcəyini deyib. Rusiya lideri belə bir ssenaridə Ukraynanın tamamilə itiriləcəyini iddia edib.

Lakin Zelenskinin qeyd etdiyi kimi, bunun üzərindən təxminən 15 ay keçib, Ukraynanın şərinqdəki vəziyyət isə faktiki olaraq dəyişməz qalıb: "Bəs indi haradayıq? Şərqdə, 15 ay sonra demək olar ki, eyni vəziyyətdəyik. Artıq dediyim kimi, Rusiya bu müddət ərzində aydan asılı olaraq hər ay 35.000 ilə 50.000 arasında əsgər itirib və onlar döyüş meydanında qətiyyən heç bir uğur qazana bilməyiblər. Belədə onlar nəyisə həll ediblərmi?”.



Xəbərin oxunma sayı : 61




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap