“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Əhalinin sayı artdı, doğum və nikah göstəriciləri gerilədi - STATİSTİKA

Tarix 20.11.26, 17:52

Font ölçüsü : - / +
bitmap-img6


2026-cı il oktyabrın 1-nə olan məlumata görə, Azərbaycanda əhalinin sayı 10 milyon 282 min 825 nəfərə çatıb. İlin əvvəlindən ölkə əhalisi 20 min 474 nəfər və ya 0,2 faiz artıb.

Bu barədə Dövlət Statistika Komitəsinin açıqladığı məlumatda bildirilib.

Məlumata əsasən, əhalinin 54,3 faizi şəhərlərdə, 45,7 faizi kənd yerlərində yaşayır. Əhalinin 49,8 faizini kişilər, 50,2 faizini isə qadınlar təşkil edir.

Bu ilin yanvar-sentyabr aylarında ölkədə 64 043 doğum qeydə alınıb. Doğulanların 53,2 faizi oğlan, 46,8 faizi qız uşaqları olub. Ötən ilin eyni dövrü ilə müqayisədə hər 1000 nəfərə düşən doğum göstəricisi 9,4-dən 8,3-ə enib. Hesabat dövründə 1902 əkiz və 69 üçəm doğulub.

Doqquz ay ərzində 44 919 ölüm halı qeydə alınıb. Hər 1000 nəfərə düşən ölüm göstəricisi isə ötən ilin müvafiq dövründəki kimi 5,8 səviyyəsində qalıb.

Statistikaya görə, yanvar-sentyabr aylarında Azərbaycanda 31 085 nikah və 15 030 boşanma rəsmiləşdirilib. Ötən ilin eyni dövrü ilə müqayisədə hər 1000 nəfərə düşən nikahların sayı 4,7-dən 4-ə azalıb, boşanma göstəricisi isə dəyişməyib.

Miqrasiya göstəricilərinə gəlincə, hesabat dövründə daimi yaşamaq üçün Azərbaycana 3130 nəfər gəlib, ölkəni isə 1780 nəfər tərk edib. Beləliklə, miqrasiya saldosu 1350 nəfər müsbət olub.



Xəbərin oxunma sayı : 106




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap