“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

ABŞ rəsmisi Qayanaya Essequibonun bir hissəsini Venesuelaya verməyi təklif edib - Reuters

Tarix 20.11.26, 12:59

Font ölçüsü : - / +
bitmap-img6


Tramp administrasiyasının nümayəndəsi Qayananın zəngin təbii ehtiyatlara malik Essequibo bölgəsinin bir hissəsinin Venesuelanın nəzarətinə keçməsi ehtimalını müzakirəyə çıxarıb.

AzFakt.com xəbər verir ki, “Reuters” Agentliyinin üç mənbəyə istinadən yaydığı məlumata görə, Tramp administrasiyasının rəsmisi son aylarda Qayanaya ərazisinin bir hissəsini qonşu Venesuelaya güzəştə getmək imkanını nəzərdən keçirməyi təklif edib.
Bu təşəbbüs Qayana rəsmilərində təəccüb doğurub və Vaşinqtonun iki ölkə arasındakı sərhədlə bağlı siyasətinin dəyişmədiyinə dair əlavə açıqlama verməsinə səbəb olub.

ABŞ Dövlət Departamentinin siyasi planlaşdırma üzrə rəhbəri Ceremi Levin sentyabr ayında Vaşinqtonda Qayananın xarici işlər naziri Robert Persodla görüşündə Venesuelanın müvəqqəti prezidenti Delsi Rodrigeslə ərazi məsələsinə dair danışıqların təşkilinə kömək edə biləcəyini bildirib.

Mənbələrdən ikisinin sözlərinə görə, Levin Qayananın ərazisinin qərb üçdə ikisini əhatə edən Essequibo bölgəsinin bir hissəsinin Venesuelanın nəzarətinə keçməsi ehtimalını da müzakirəyə çıxarıb. Levin oktyabrın sonunda Dövlət Departamentini tərk edib.

Levin “Reuters”ə açıqlamasında Qayana və Venesuela arasında ərazi mübahisəsi ilə bağlı ilkin danışıqlar apardığını təsdiqləyib. Onun sözlərinə görə, bu müzakirələr Rodrigesin may ayında ABŞ prezidenti Donald Trampa müraciət edərək Vaşinqtondan vasitəçilik istəməsindən sonra başlayıb. Rodriges məsələni iyul ayında Karakasda Levinlə görüşündə də qaldırıb.

Qayanalı rəsmilər Essequibonun statusunun müzakirə mövzusu olmadığını dəfələrlə bəyan ediblər. Məlumata görə, sentyabr görüşündən sonra onlar ABŞ Dövlət Departamentinin digər nümayəndələrindən Vaşinqtonun mövqeyinə aydınlıq gətirilməsini istəyiblər.

ABŞ Dövlət Departamentinin rəsmisi isə ölkənin Venesuela ilə Qayana arasındakı sərhədə dair mövqeyinin dəyişmədiyini bildirib.

Qayananın xarici işlər naziri Robert Persod Reuters-in məlumatından sonra sosial şəbəkədə ölkəsinin Xarici İşlər Nazirliyinin açıqlamasını paylaşıb. Açıqlamada sentyabr görüşündə sərhəd mübahisəsinin müzakirə edildiyi, lakin diqqətin Beynəlxalq Ədalət Məhkəməsindəki prosesə yönəldiyi qeyd olunub. Qayana tərəfi ABŞ-dan əvvəlki mövqeyin dəyişmədiyinə dair təminat aldığını bildirib.

Essequibo bölgəsi 180 ildən artıqdır ki, Venesuela ilə Qayana arasında ərazi mübahisəsinin predmetidir. Qızıl, almaz və boksit ehtiyatları ilə zəngin olan bu ərazi Qayananın qərb hissəsinin təxminən üçdə ikisini təşkil edir. ABŞ və dünyanın əksər ölkələri bölgəni faktiki olaraq Qayananın ərazisi kimi tanıyır.

Mübahisə 2015-ci ildə Essequibo sahillərinə yaxın ərazilərdə böyük neft yataqlarının aşkar edilməsindən sonra daha da kəskinləşib. Qayana 2018-ci ildə sərhədin müəyyənləşdirilməsi ilə bağlı məsələni Haaqadakı Beynəlxalq Ədalət Məhkəməsinə çıxarıb.



Xəbərin oxunma sayı : 85




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap