“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Nar ixracına məhdudiyyət qoyula bilər - AQTA-dan xəbərdarlıq

Tarix 20.11.26, 12:25

Font ölçüsü : - / +
bitmap-img6


Son bir həftədə nar məhsulları ilə bağlı 21 pestisid bildirişi daxil olub.

AzFakt.com xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) şöbə müdiri Elmar Allahverdiyev Bakıda keçirilən "Aqronomiya və bitki sağlamlığı: Elmdən təcrübəyə" adlı konfransda bildirib.

Onun sözlərinə görə, son dövrlərdə məhsullarda pestisid qalıqlarının aşkarlanması halları artmağa başlayıb.

"Həmin notifikasiyalar Rusiya və Moldovadan daxil olub. Bildiyiniz kimi, narın ixrac potensialı böyükdür. Lakin bu tendensiya davam edərsə, nar ixracına qarşı ölkələr məhdudiyyətlər tətbiq edə bilər. Belə hallarda məhsulların bir çoxu idxalçı ölkədə məhv edilir və yaxud geri qaytarılır. Geri qaytarılan məhsullar isə ölkəmizdə də məhv edilməyə cəlb olunur. Bununla əlaqədar hörmətli aqronomlardan xüsusilə xahiş etmək istəyirəm ki, pestisidlərdən istifadə zamanı, xüsusən də onların tətbiqi qaydalarına və tələblərinə ciddi əməl etsinlər", - deyə E.Allahverdiyev qeyd edib.

Onun sözlərinə görə, son vaxtlar agentlik 3 mindən çox ixracatçı müəssisədə monitorinq aparıb:

"Bu çərçivədə həm pestisid qalıqları, həm də bitki sağlamlığı ilə bağlı yoxlamalar həyata keçirilib və məhsullar labor atoriya analizlərinə cəlb olunub. Müşahidələr göstərir ki, bir sıra təsərrüfatlarda ixracatçı ölkələrin tələblərinə uyğun məhsul istehsalının həcmi artan xətt üzrə davam edir. Bununla belə, xüsusilə kiçik və orta təsərrüfatlarda müəyyən problemlər hələ də var".



Xəbərin oxunma sayı : 79




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap