“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Putin Tramp və Si ilə anlaşır, Zelenskinin müttəfiqləri zəifləyir - POLITICO

Tarix 19.11.26, 16:44

Font ölçüsü : - / +
bitmap-img6


Rusiya Prezidenti Vladimir Putinin ABŞ və Çin liderləri ilə görüşdüyü bir vaxtda Ukrayna Prezidenti Volodimir Zelenski Avropada siyasi mövqeləri zəifləmiş müttəfiqlərinin dəstəyinə arxalanmalı olur. Avropa liderlərinin daxili problemləri isə Ukraynaya yardımın gələcəyi ilə bağlı narahatlıqları artırır.

Musavat.com xəbər verir ki, bu barədə "politoco" saytının jurnalistləri Tim Ross və Ester Vebber “Ukraynanın sarsılan koalisiyasının içində” adlı məqalədə yazıblar.

Saytın məlumatına görə, noyabrın 19-da Berlində Ukraynaya dəstək verən 35-dən çox ölkənin daxil olduğu “İstəklilər koalisiyası”nın toplantısı keçiriləcək. Lakin alyansın əsas liderləri – Fransa Prezidenti Emmanuel Makron, Almaniya kansleri Fridrix Merts və Böyük Britaniyanın yeni Baş naziri Endi Börnhem ciddi siyasi çətinliklərlə üzləşiblər.

Avropanın liderləri zəifləyir

POLITICO-ya danışan Avropa rəsmilərinin fikrincə, Makronun Fransada populyarlığı tarixi minimuma enib, onun siyasi düşərgəsi isə gələn il keçiriləcək prezident seçkiləri ərəfəsində mövqelərini itirir.

Almaniyada Fridrix Merts sağçı qüvvələrin güclənməsi fonunda ağır seçki uğursuzluqları ilə qarşılaşıb.

Böyük Britaniyada isə iyulda Kir Starmeri əvəzləmiş Endi Börnhem parlamentdə sabit çoxluğa malik olsa da, beynəlxalq siyasətdə hələ kifayət qədər təcrübə qazanmayıb.

Avropalı diplomatlardan biri vəziyyəti belə təsvir edib: “Fransa və Almaniyada liderlik sarsılır. Britaniyanın yeni Baş naziri isə hələ öz yolunu tapmağa çalışır”.

Trampın Putinlə mümkün razılaşması qorxu yaradır

Məqalədə bildirilir ki, Avropa paytaxtlarında əsas narahatlıq Donald Trampın Vladimir Putinlə Ukraynanın maraqlarına uyğun olmayan sülh razılaşmasına gələ bilməsidir.

Londonun Chatham House analitik mərkəzinin direktoru Bronven Meddoks xəbərdarlıq edib ki, Tramp Çindəki sammitdən istifadə edərək Rusiyaya hərbi yolla ələ keçirə bilmədiyi Ukrayna ərazilərinin verilməsini nəzərdə tutan razılaşmanı irəli sürə bilər.

Avropada belə bir ssenarinin qitənin gələcək təhlükəsizlik sisteminə ciddi təsir göstərəcəyindən ehtiyat edirlər.

Ukraynaya qoşun göndərilməsi gündəmdədir

Berlin toplantısında Ukrayna üçün hüquqi qüvvəyə malik təhlükəsizlik təminatları, mümkün atəşkəsə nəzarət edəcək çoxmillətli hərbi qüvvələrin yaradılması və Kiyevə əlavə maliyyə yardımının ayrılması müzakirə olunacaq.

Avropa Komissiyası artıq 2027-ci il üçün Ukraynaya əlavə 45 milyard avroluq kredit təklif edib.

Eyni zamanda Polşada minlərlə hərbçinin iştirakı ilə mümkün sülh razılaşmasından sonra Ukraynada təhlükəsizliyin təmin edilməsinə yönəlmiş təlimlər keçirilir.

POLITICO-nun həmsöhbəti olan ukraynalı yüksək vəzifəli məmur Avropa liderlərinin imkanları daxilində maksimum dəstək göstərdiklərini bildirib. Onun sözlərinə görə, Almaniya yardımın həcminə görə öndədir, Fransa isə güclü müttəfiq olaraq qalır.

Bununla belə, nəşr vurğulayır ki, koalisiyanın əsl sınağı müharibə başa çatdıqdan və sülhü qorumaq üçün Ukraynaya real hərbi qüvvə göndərmək zərurəti yarandıqdan sonra başlayacaq.



Xəbərin oxunma sayı : 73




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap