“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Şençjendə tarixi sammit: Putin, Si Cinpin və Trampın üçtərəfli görüşü başa çatdı

Tarix 19.11.26, 14:38

Font ölçüsü : - / +
bitmap-img6


Çinin Şençjen şəhərində Rusiya Prezidenti Vladimir Putin, Çin Xalq Respublikasının Sədri Si Cinpin və ABŞ Prezidenti Donald Tramp arasında tarixdə ilk dəfə keçirilən üçtərəfli görüş yekunlaşıb.

AzFakt.com xarici mediaya istinadla xəbər verir ki, Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammiti çərçivəsində “Tsilin Şançjuan” dövlət iqamətgahında baş tutan danışıqlar təxminən 1 saat 30 dəqiqə davam edib.

Görüşün açılışında çıxış edən Donald Tramp dünyanın üç ən böyük nüvə gücünün liderlərinin bir araya gəlməsini “tarix yazmaq” adlandırıb. Çin lideri Si Cinpin sammitin qlobal miqyasda dönüş yaradan əhəmiyyətə malik olduğunu bildirib. Vladimir Putin isə İkinci Dünya müharibəsinin qalib dövlətləri kimi Rusiya, Çin və ABŞ-nin beynəlxalq sülh və təhlükəsizliyin qorunmasında birgə məsuliyyət daşıdığını vurğulayıb.

Məlumata görə, bağlı qapılar arxasında keçirilən danışıqlarda nüvə silahlarının azaldılması, Rusiya-Ukrayna müharibəsinin nizamlanması, İran və Yaxın Şərqdəki vəziyyət, həmçinin qlobal iqtisadi təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, üçtərəfli sammitdən öncə ABŞ Prezidenti Donald Tramp həm Si Cinpinlə, həm də Vladimir Putinlə ayrı-ayrılıqda ikitərəfli görüşlər keçirib. Görüşlərin yekunu ilə bağlı rəsmi açıqlamaların yaxın saatlarda veriləcəyi gözlənilir.



Xəbərin oxunma sayı : 475




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap