“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Ən çox qazanan türkiyəli futbolçular açıqlandı - SİYAHI

Tarix 21.11.26, 11:54

Font ölçüsü : - / +
bitmap-img6


2026/2027 mövsümündə ən yüksək xalis əməkhaqqı alan türkiyəli futbolçuların siyahısı açıqlanıb.

AzFakt.com oxu.az-a istinadən xəbər verir ki, "Transfermarkt" platforması "Capology" şirkətinin əməkhaqqı ilə bağlı proqnozlarına əsaslanaraq ən çox qazanan türkiyəli futbolçuların reytinqini hazırlayıb.

Siyahıya əsasən, Səudiyyə Ərəbistanının "Əl-Əhli" klubunda çıxış edən Merih Demiral illik 11,7 milyon avro xalis əməkhaqqı ilə birinci yerdə qərarlaşıb.

İkinci pilləni "Yuventus"un futbolçusu Kenan Yıldız və "İnter"in yarımmüdafiəçisi Hakan Çalhanoğlu bölüşürlər. Onların hər birinin illik xalis əməkhaqqısı 6 milyon avro təşkil edir.

"Real Madrid"də çıxış edən Arda Güler isə 5 milyon avro ilə növbəti pillədə yer alıb. Onun yeni müqavilə imzalayacağı təqdirdə illik əməkhaqqısının 8 milyon avroya çatacağı gözlənilir.

Türkiyəli futbolçuların illik xalis əməkhaqlarına görə siyahısını təqdim edirik:

1. Merih Demiral ("Əl-Əhli") - 11,7 milyon avro;

2. Kenan Yıldız ("Yuventus") - 6 milyon avro;

3. Hakan Çalhanoğlu ("İnter") - 6 milyon avro;

4. Arda Güler ("Real Madrid") - 5 milyon avro;

5. Orkun Kökçü ("Beşiktaş") - 5 milyon avro;

6. Kerem Aktürkoğlu ("Fənərbağça") - 4,7 milyon avro;

7. Zeki Çelik ("Yuventus") - 3,2 milyon avro;

8. Ferdi Kadıoğlu ("Brayton") - 3,2 milyon avro;

9. Barış Alper Yılmaz ("Qalatasaray") - 3 milyon avro;

10. Abdülkerim Bardakcı ("Qalatasaray") - 2,5 milyon avro;

11. Uğurcan Çakır ("Qalatasaray") - 2,5 milyon avro;

12. Yunus Akgün ("Qalatasaray") - 2,5 milyon avro.



Xəbərin oxunma sayı : 484




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap