“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Maaşda Bakını üstələyən rayon və şəhər - SİYAHI

Tarix 23.11.26, 18:57

Font ölçüsü : - / +
bitmap-img6


2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanda orta aylıq nominal əməkhaqqının ən yüksək olduğu şəhər və rayonların siyahısına Xankəndi şəhəri başçılıq edib. Burada göstərici 1 658,8 manat təşkil edib. Daşkəsən rayonu 1 543,6 manatla ikinci, Bakı şəhəri isə 1 479,4 manatla üçüncü yerdə qərarlaşıb.

AzFakt.com "Trend"ə istinadən xəbər verir ki, bu barədə 2026-cı il oktyabrın 1-nə olan vəziyyətə iqtisadi rayonlar və inzibati ərazi vahidləri üzrə muzdla çalışan işçilərin sayı, orta aylıq nominal əməkhaqqı və qeydiyyata alınmış işsiz şəxslərin sayına dair statistik məlumatlarda bildirilir.

Məlumata əsasən, ölkə üzrə orta aylıq nominal əməkhaqqı 1 172,7 manat olub. Bu göstərici Xankəndidə ölkə ortalamasından 486,1 manat, Daşkəsəndə 370,9 manat, Bakıda isə 306,7 manat yüksəkdir.

Orta aylıq nominal əməkhaqqının ən yüksək olduğu ilk 10 şəhər və rayon aşağıdakı kimidir:

Xankəndi şəhəri – 1 658,8 manat
Daşkəsən rayonu – 1 543,6 manat
Bakı şəhəri – 1 479,4 manat
Şuşa rayonu – 1 144,7 manat
Xocalı rayonu – 1 138,8 manat
Zəngilan rayonu – 1 089,8 manat
Gədəbəy rayonu – 1 023 manat
Sumqayıt şəhəri – 981,6 manat
Naxçıvan şəhəri – 953,9 manat
Şirvan şəhəri – 953 manat.

Siyahıdan görünür ki, paytaxtdan sonra ən yüksək göstəricilər əsasən işğaldan azad edilmiş ərazilərdə yerləşən inzibati vahidlərdə və Daşkəsən rayonunda qeydə alınıb. Bununla belə, həmin ərazilərdə muzdla çalışanların sayı Bakı ilə müqayisədə xeyli azdır. Məsələn, Xankəndidə 1,9 min, Daşkəsəndə 4,7 min, Bakıda isə 1 milyon 4,6 min nəfər muzdla çalışıb.

Digər tərəfdən, orta aylıq nominal əməkhaqqının ən aşağı olduğu ərazilər də məlum olub. Ən aşağı göstərici Qax rayonunda qeydə alınıb – 586,4 manat. Xızı rayonunda bu məbləğ 655,7 manat, Ağstafada 657,1 manat, Balakəndə 659 manat, Ağcabədidə 660,5 manat, Masallıda isə 660,8 manat təşkil edib.

İqtisadi rayonlar üzrə göstəricilərə gəlincə, Bakı şəhəri ayrıca nəzərə alınmadıqda, ən yüksək orta aylıq nominal əməkhaqqı Abşeron-Xızı iqtisadi rayonunda qeydə alınıb – 912,9 manat. Naxçıvan iqtisadi rayonunda bu göstərici 864,5 manat, Şərqi Zəngəzur iqtisadi rayonunda 845,4 manat, Gəncə-Daşkəsən iqtisadi rayonunda 823,5 manat olub.

Qeyd edək ki, 2026-cı ilin yanvar-sentyabr aylarında ölkə üzrə muzdla çalışan işçilərin sayı 1 milyon 790,8 min nəfər təşkil edib.



Xəbərin oxunma sayı : 262




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap