“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

“İcra nümayəndəsinin bacısı “Flora Baku”nu sökdürməklə hədələyir” - Video

Tarix 23.11.26, 12:54

Font ölçüsü : - / +
bitmap-img6


Bakı şəhər, Yasamal rayonu, Təbriz Xəlilrza oğlu 23 ünvanında yerləşən “Flora Baku” adlı musiqili məkan bağlanmaq təhlükəsi ilə üz-üzədir.

“Qafqazinfo” xəbər verir ki, bu barədə ötən gün məkanın “Instagram” səhifəsində paylaşım edilib.

Bildirilib ki, buna səbəb icra nümayəndələrindən birinin bacısının onlardan şikayət etməsi olub: “Keçən həftə bizə bir qadın yaxınlaşıb dedi ki, buranı yığışdırın, fəaliyyətinizi dayandırın. Biz də soruşduq ki, “niyə, nə səbəbə?” Sən demə, bu qonşumuz bura yeni köçübmüş və bizə sonda dedi ki, “mən filankəsin bacısıyam”, hansısa icra nümayəndəsinin bacısı imiş. Bizi təhdid edir ki, guya burada narkomaniya ilə məşğuluq, əxlaqsızlıq yayırıq...

Gəlin, göstərim sizə, biz nə ilə məşğuluq: retro konserti, Azərbaycan retro musiqiləri, Rəşid Behbudov gecəsi, nostalji musiqilər gecəsi. Yəni bizim məşğul olduğumuz sahəni hər kəs bilir. Tək bizim fəaliyyətimiz musiqi ilə deyil, dəfələrlə deyirik, konsertlərdən əlavə olaraq xeyriyyə tədbirləri keçiririk. Bunu təmənnasız edirik”.

Paylaşımda qeyd olunub ki, bu hal artıq ikinci dəfədir baş verir: “Bu gün öyrəndim ki, sabah icra nümayəndələri obyektimizi sökməyə gələcək. Çünki bacısı qardaşına şikayət edib ki, buranı sökdürsün”.

Məsələ ilə bağlı aidiyyəti quruma sorğu göndərmişik.

Daha ətraflı videoda:





Xəbərin oxunma sayı : 64




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap