“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinidə - Fotolar

Tarix 23.11.26, 21:09

Font ölçüsü : - / +
bitmap-img6


Bu gün Alyona Əliyeva Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzini ziyarət edib.

AzFakt.com AZƏRTAC-a istinadən xəbər verir ki, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Rəşad Mustafayev Mərkəzin fəaliyyəti barədə məlumat verib.

Bildirilib ki, Birinci vitse-prezident xanım Mehriban Əliyevanın təşəbbüsü ilə yaradılan DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində əlilliyi olan şəxslər və digər həssas əhali qruplarının yaradıcı potensialının inkişafına, onların reabilitasiyasına və cəmiyyətə inteqrasiyasına dəstək işləri aparılır.

Beş il əvvəl açılışı olan Mərkəzdə, habelə sonralar yaradılan İsmayıllı və Bərdədəki filiallarda ötən dövrdə 1160-dan çox şəxs təlimlərə və sosial-psixoloji xidmətlərə cəlb edilib. Hazırda 380-dək benefisiar bacarıqlarını inkişaf etdirir.

Alyona Əliyeva Mərkəzin benefisiarlarının əl işlərindən ibarət sərgi ilə tanış olub. O, müəssisədə fəaliyyət göstərən səsyazma, floristika, bədii oyma, xalçaçılıq, keramika, təsviri incəsənət, kapoeyra studiyalarında olub, həssas qruplara aid şəxslərlə görüşüb, onların yaradıcılıq prosesini izləyib.

Qonağa DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin həyata keçirdiyi tədbirlər və sosial təşəbbüslər, Mərkəzin benefisiarlarının yaradıcılıq nümunələrinin daha geniş təbliği, geniş auditoriyaya təqdim edilməsi məqsədi daşıyan dostart.az portalının fəaliyyəti barədə də məlumat verilib.

Alyona Əliyeva Mərkəzin təlimçilərinin və benefisiarlarının iştirakı ilə təqdim edilən xüsusi inklüziv konsert proqramını izləyib.







Xəbərin oxunma sayı : 229




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap