“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Özünü Tağı Vahabov kimi tanıdıb dələduzluq etdi - Əsl kimliyi üzə çıxdı

Tarix 24.11.26, 19:03

Font ölçüsü : - / +
bitmap-img6


Bakıda tanışına qarşı dələduzluq etmiş şəxsə hökm oxunub.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Sabunçu Rayon Məhkəməsində keçirilən prosesdə 1984-cü il təvəllüdlü Ceyhun Piriyevə hökm oxunub.

Araşdırmalar zamanı məlum olub ki, narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə həbs edilmiş Renat Əlləzov təcridxanada ikən Ruslan adlı şəxslə tanış olub. Həmin şəxs Renata hüquq-mühafizə orqanlarında Tağı Vahabov adlı tanışının olduğunu deyib və həbsdən buraxılmasına kömək edə biləcəyini vəd edib.

Bundan sonra Renat öz yaxınlarına bu barədə məlumat verib. Onlar Sabunçu rayonu ərazisində özünü Tağı Vahabov kimi təqdim edən şəxslə görüşüblər və hissə-hissə olmaqla 14 500 manat pul veriblər. Lakin bir müddət sonra hər hansı dövlət qurumunda Tağı Vahabov adlı zabitin işləməməsi, həmin adamın əslində Ceyhun adlı vətəndaş olması üzə çıxıb.

Məsələ ilə bağlı Sabunçu Rayon Polis İdarəsinə müraciətin edilməsindən sonra onun barəsində Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə iş açılıb.

Məhkəmədə Ceyhun ifadə verərək törətdiyi əməli etiraf edib və alınan pulların artıq geri qaytarıldığını deyib.

Sabunçu Rayon Məhkəməsinin hökmü ilə Ceyhun Piriyevə 3 il azadlığın məhdudlaşdırılması cəzası verilib. Onun üzərinə elektron qolbaq taxılıb.



Xəbərin oxunma sayı : 529




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap