“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Media subyektləri şəxsi həyatın toxunulmazlığına həssaslıqla yanaşmalıdır - Mətbuat Şurası

Tarix 24.11.26, 17:25

Font ölçüsü : - / +
bitmap-img6


Son günlər bəzi media subyektlərinin və jurnalistlərin ictimai məzmunlu hadisələri işıqlandırarkən peşə etikası prinsiplərindən kənaraçıxma halları müşahidə olunur.

AzFakt.com xəbər verir ki, bu barədə Mətbuat Şurasının bəyanatında qeyd edilib.

Xüsusilə, dəqiqləşdirilməmiş, rəsmi mənbələrə istinad etmədən məlumatların yayılması, tələsik və səthi təqdimatlarla ictimaiyyətə çatdırılması media fəaliyyətinin məsuliyyət və peşəkarlıq meyarları ilə bağlı ciddi suallar doğurur. Belə hallar cəmiyyətin informasiyaya etimadını sarsıdır, jurnalistikanın ənənəvi missiyasına və nüfuzuna zərbə vurur.

Medianın cəmiyyəti çevik formada məlumatlandırması təqdirəlayiqdir, lakin operativlik faktların dəqiqliyi, məlumatların yoxlanılması, hadisələrin mahiyyətinin obyektiv təqdimatı və peşə etikası prinsipləri hesabına təmin edilməməlidir.

Media subyektləri və jurnalistlər informasiya yayarkən şəxsi həyatın toxunulmazlığı prinsipinə xüsusi həssaslıqla yanaşmalıdırlar. İctimai əhəmiyyət daşımayan şəxslərin həyatına aid məlumatların, foto və video görüntülərin onların hüquq və mənafeləri nəzərə alınmadan yayılması etik standartlarla uzlaşmır. Son günlər bu prinsipin pozulması ilə bağlı müşahidələr narahatlıq doğurur.

İnformasiyanın təqdimatı zamanı şəxsi həyatın toxunulmazlığına və insan ləyaqətinə hörmət göstərilməsi, eləcə də fərdi məlumatların qorunması əsas etik tələblərdəndir:

"Bu cür halların jurnalistikanın ictimai nüfuzuna ciddi zərbə vurduğu yaddan çıxmamalıdır. Azərbaycan Mətbuat Şurası hesab edir ki, media subyektləri və jurnalistlər bu məsələlərə ciddi yanaşmalı, fəaliyyətlərində ictimai məsuliyyət, peşəkarlıq və etimad amillərini əsas götürməlidirlər. Jurnalistika ictimai əhəmiyyətli informasiyanın cəmiyyətə çatdırılması missiyasını sensasiya, reytinq və diqqət cəlb etmək naminə qurban verməməli, informasiya təqdimatında etik həssaslıq və məsuliyyət nümayiş etdirməlidir"

Mətbuat Şurası media subyektlərinin təmsilçilərini, jurnalistləri, habelə müstəqil jurnalist fəaliyyəti həyata keçirən bütün şəxsləri "Azərbaycan Jurnalistlərinin Etik Davranış Qaydaları"na ciddi əməl etməyə çağırıb:

"Bildirir ki, hadisə və proseslərə həssas, vicdanlı və peşəkar yanaşma jurnalistikanın cəmiyyət qarşısındakı missiyasının, media etimadının və nüfuzunun əsas şərtidir".



Xəbərin oxunma sayı : 76




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap