“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Azərbaycanda maaş artımının ən çox və ən az olduğu rayonlar - 4 rayonda azalma olub

Tarix 24.11.26, 14:47

Font ölçüsü : - / +
bitmap-img6


Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda əməkhaqqının ən çox artdığı rayon Daşkəsən olub.

Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, bu rayonda orta aylıq nominal əməkhaqqı ötən ilin eyni dövrü ilə müqayisədə 21,4 faiz artaraq 1 543,6 manata yüksəlib.

Daşkəsən rayonunda özəl sektorda işləyən muzdlu işçilərin orta aylıq nominal əməkhaqqı 2 dəfədən çox artaraq 525,3 manatdan 1 100 manata çatıb.
Bundan başqa Şuşa rayonunda da yüksək artım qeydə alınıb. Belə ki, burada orta aylıq əməkhaqqı 20,7 faiz artaraq 1 144,7 manat təşkil edib.

Artım tempinə görə sonrakı yerlərdə Cəbrayıl (14,9 faiz), Yasamal (13,8 faiz), Suraxanı (12,7 faiz), Ağdam (11,3 faiz), Səbail (11,3 faiz), Zəngilan (11,2 faiz) və Xocalı (11 faiz) rayonları qərarlaşıb.

Ən az artım isə Culfa rayonunda qeydə alınıb. Burada orta aylıq əməkhaqqı cəmi 0,1 faiz artaraq 716,4 manat olub. Samux rayonunda artım 0,3 faiz, Füzuli rayonunda 1,1 faiz, Ordubad rayonunda 1,3 faiz, Xəzər və Ağcabədi rayonlarında isə 1,6 faiz təşkil edib.

Onu da qeyd edək ki, 2026-cı ilin yanvar-sentyabr aylarında əvvəlki ilin eyni dövrü ilə müqayisədə 4 rayonda orta aylıq nominal əməkhaqqının azalması müşahidə olunub.

Ən böyük azalma Ağdərə rayonunda qeydə alınıb. Burada orta aylıq əməkhaqqı 25,8 faiz azalaraq 1 022,9 manatdan 758,9 manata düşüb.
Qəbələ rayonunda əməkhaqqı 3 faiz azalaraq 778,7 manat, Zərdab rayonunda 2,9 faiz azalaraq 652,4 manat, Salyan rayonunda 2,3 faiz azalaraq 751,4 manat təşkil edib.



Xəbərin oxunma sayı : 472




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap