“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Ceyhun Bayramov Gürcüstan XİN başçısı ilə müzakirə apardı - FOTO

Tarix 24.11.26, 18:14

Font ölçüsü : - / +
bitmap-img6


Xarici işlər naziri Ceyhun Bayramovla Bakıda səfərdə olan Gürcüstanın Baş nazirinin müavini, xarici işlər naziri Maka Boçorişvili arasında geniştərkibli görüş olub.

AzFakt.com xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin "X" hesabında məlumat paylaşılıb.

Görüşdə Azərbaycan-Gürcüstan ikitərəfli münasibətlərinin bütün spektri, strateji tərəfdaşlığın daha da inkişaf etdirilməsi perspektivləri, eləcə də regional və beynəlxalq məsələlər müzakirə olunub.

Nazirlər iki ölkə arasında tarixi əlaqələrə, mehriban qonşuluğa, qarşılıqlı hörmət və etimada əsaslanan çoxəsrlik dostluğun və strateji tərəfdaşlığın əhəmiyyətini bir daha təsdiqləyiblər. İkitərəfli əməkdaşlığın daha da gücləndirilməsində müntəzəm yüksək səviyyəli təmasların, xarici işlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin və digər institusional mexanizmlərin rolunu vurğulayıblar.

İqtisadi və ticarət əlaqələrinə, bu sahədə müşahidə olunan müsbət dinamikaya, qarşılıqlı investisiyaların və biznes əlaqələrinin təşviqinə, eləcə də ikitərəfli ticarətin şaxələndirilməsinə xüsusi diqqət yetirilib. İqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın sonuncu iclasında əldə edilmiş razılaşmaların həyata keçirilməsinin vacibliyi də vurğulanıb.

Nazirlər ikitərəfli enerji əməkdaşlığının regional və beynəlxalq enerji təhlükəsizliyinə töhfəsini qeyd ediblər. Təbii qaz və elektrik enerjisinin təchizatı və tranziti ilə bağlı razılaşmalardan irəli gələn imkanlar, həmçinin Azərbaycan, Gürcüstan, Türkiyə və Bolqarıstan arasında yaşıl enerji sahəsində əməkdaşlıq müzakirə olunub. Xəzər dənizi-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizinin inkişaf etdirilməsinin əhəmiyyəti də diqqətə çatdırılıb.

Nazirlər Orta Dəhlizin regional nəqliyyat və logistika əlaqələrinin gücləndirilməsində strateji rolunu vurğulayıb, Bakı-Tbilisi-Qars dəmir yolunun Gürcüstan hissəsində modernləşdirmə işlərinin başa çatmasını alqışlayıblar.

İnsanlar arasında əlaqələrin, turizm, təhsil, elm, mədəniyyət və idman sahələrində əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyi də qeyd olunub.

Nazirlər regional və beynəlxalq proseslər ətrafında fikir mübadiləsi aparıb, qarşılıqlı hörmət və dəstəyə əsaslanan Azərbaycan-Gürcüstan əməkdaşlığının beynəlxalq təşkilatlar çərçivəsində inkişafından məmnunluqlarını ifadə ediblər. Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli formatı da daxil olmaqla, regional əməkdaşlıq platformalarının əhəmiyyəti vurğulanıb.

Cənubi Qafqazda sülh və sabitliyin təmin edilməsi, regional iqtisadi əməkdaşlığın və tranzit əlaqələrinin genişləndirilməsi istiqamətində səylər də müzakirə olunub.

Ceyhun Bayramov həmkarına Azərbaycanın Ermənistanla iqtisadi əlaqələrin inkişafı istiqamətində atdığı konkret addımlar, o cümlədən tranzit məhdudiyyətlərinin aradan qaldırılması və Gürcüstan vasitəsilə Ermənistana neft məhsullarının ixracına başlanılması barədə məlumat verib. Gürcüstanın bu prosesə verdiyi töhfə yüksək qiymətləndirilib.

Ceyhun Bayramov, həmçinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində aparılan bərpa və quruculuq işləri, keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıdışı və mina təhlükəsindən irəli gələn çətinliklər barədə məlumat verib.

Nazirlər qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında da fikir mübadiləsi aparıblar.

bayramovla-bocorisvili-arasinda-gorus-kecirilir







Xəbərin oxunma sayı : 541




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap