Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“
Axtar
 
  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

  • / Maqazin / — 05 Fevral 2026

    Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“

  • / Maqazin / — 26 Yanvar 2026

    Efirdə xanəndə ilə Mənzurə arasında gərginlik - VİDEO

  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

Trampın “iqtisadi müharibəsi“ İran geri çəkilməyə məcbur edir - “Bloomberg“

Tarix 02.05.26, 21:00

Font ölçüsü : - / +
bitmap-img6


İran hakimiyyəti ABŞ-nin ölkə limanlarına tətbiq etdiyi blokadanın davam etməsi səbəbindən neft hasilatının həcmini azaltmaq məcburiyyətində qalıb.

Bu barədə "Bloomberg" agentliyi öz mənbələrinə istinadən məlumat yayıb.

Agentliyin məlumatına görə, ABŞ-nin Hörmüz boğazındakı blokadası İranın neft ticarətinə təzyiq göstərdiyi bir vaxtda ölkənin ixracı son həftələrdə kəskin azalıb, anbarlar isə sürətlə dolmaqdadır. İranın yüksək rütbəli rəsmisi bildirib ki, yaranmış vəziyyətlə əlaqədar ölkə artıq hasilatın ixtisarına başlayıb.

Mənbə izah edib ki, rəsmi Tehran anbarların imkanlarının tam tükənməsinin qarşısını almaq üçün bu addımı atıb. Lakin hasilatın konkret olaraq nə qədər azaldığı barədə məlumat verilməyib.

Agentliyin həmsöhbətləri həmçinin qeyd ediblər ki, iranlı mühəndislər uzunmüddətli sanksiyalar və istehsaldakı mütəmadi fasilələrdən sonra neft quyularını uzunmüddətli zərər vurmadan necə konservasiya etməyin yollarını bilirlər və onları yenidən sürətlə işə sala biləcəklər. Rəsmilərdən biri vurğulayıb ki, quyuların 30%-ə qədəri müvəqqəti olaraq fəaliyyətini dayandıra bilər.

Buna baxmayaraq, İran tərəfi etiraf edir ki, sahənin işləkliyini qorumağa yönəlmiş bu tədbirlər yalnız müəyyən müddət ərzində effektiv ola bilər.

Ötən çərşənbə günü ABŞ prezidenti Donald Tramp "Axios" portalına müsahibəsində İranın neft ixrac edə bilmədiyi üçün böyük çətinliklərlə üzləşdiyini bir daha qeyd edib. Trampın sözlərinə görə, İranın neft anbarları və boru kəmərləri "partlamaq həddindədir". Bununla belə, portal bəzi analitiklərin bu proqnozla razılaşmadığını vurğulayıb.

Öz növbəsində, "Bloomberg" rəsmi şəxslərin rəyinə əsaslanaraq bildirir ki, hazırkı hasilat səviyyəsi saxlanılacağı təqdirdə, İranın xammalı saxlamaq imkanlarının tükənməsinə təxminən bir ay vaxtı qalıb.



Xəbərin oxunma sayı : 571




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap