| |
|
Deputat Cavanşir Feyziyev Londonda milyonluq mülklər alıb - SİYAHI
Saleh Məmmədov 1 ilə 176 milyon manat artıq vəsait xərcləyib - RƏSMİ
Leysan Məmmədovun fəaliyyəti araşdırılacaq….- Milyonlar necə xərclənir?
“Azəraqrar”ın əsl rəhbəri kimdir? - Nazirin sabiq komandirinin maaşı 7 dəfə artırılıb?
Bizim iradəmizə qarşı çıxanın başı əziləcək - Azərbaycan Prezidenti
Maliyyə Nazirliyi AAYDA yoxlama aparır - Ciddi yeyintilər aşkarlanıb
Vensin Azərbaycana səfəri: Zəngəzur dəhlizinin müzakirələri yeni mərhələdə
Sovet təhsil elitası və cavabsız qalan suallar:Rektor 6 il sonra universitetə necə daxil olub?
Binəqədi rayonunda neft buruqları ərazisində daha bir qanunsuz tikinti - FOTO/VİDEO
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması - Kompromat savaşı yenidən başlayıb
Sahib Məmmədovun “mənbə” axtarışı qalmaqal yaratdı - İşçilərin otağından dinləyici qurğu tapılıb
Eyyubov və digər vəzifəli şəxslərin əməlləri açıqlandı - Baş Prokurorluq məlumat yaydı
“Bravo”nun sönükən fəaliyyəti - Marketlər şəbəkəsinin rəqabətə davamlılığı niyə hər gün zəifləyir?
Neft Fondundan taktiki satış: Qızıl bazarında nələr baş verir?
Tarix 03.05.26, 8:43 |
|
Azərbaycan Dövlət Neft Fondu (ARDNF) bu ilin ilk rübündə diqqətçəkən bir gedişlə qızıl ehtiyatının bir hissəsini satıb. Rəsmi göstəricilərə əsasən, Fond cari ilin yanvar-mart aylarında 21.9 ton qızıl sataraq ümumi qızıl ehtiyatlarını 178.1 tona qədər azaldıb. Bu qismən azalmaya baxmayaraq, aprelin 1-nə olan məlumata görə, ARDNF-in investisiya portfelində qızılın xüsusi çəkisi hələ də kifayət qədər yüksək - 35.6 faiz (26.,1 milyard dollar) olaraq qalır. Bəs, ARDNF-in məhz indi aktiv satışa keçməsinin səbəbi nədir?
AzFakt.com mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:
"Çevik qərarların verilməsi vacibdir"
Millət vəkili Vüqar Bayramovun sözlərinə görə, Dövlət Neft Fondu tərəfindən investisiyaların yerləşdirilməsində çevik qərarların verilməsinə üstünlük verilir. Fond qızıl ehtiyatlarını kəskin artırmağa başladığı dövrdə qızılın qiyməti xeyli aşağı idi və praktik olaraq qızıla investisiya etməklə aktivlərin, eləcə də strateji ehtiyatların payını artırmış oldu: "İran müharibəsi başladıqdan sonra qızılın qiymətində azalmalar müşahidə etdik və qızıl bazarında daha yüksək volatillik müşahidə olunmaqdadır. Bu da nəticə etibarilə qızılın qiymətinə və qızıla olan tələbə təsir göstərir, çünki investorlar neft bazarına daha çox sərmayə qoyuluşu həyata keçirməyə başladılar. Ona görə Dövlət Neft Fondu həm bazardakı mövcud vəziyyət, həm də təbii ki, gözləntiləri nəzərə almaqla bu istiqamətdə qərarlarını verir. Atəşkəsdən sonra biz qızıl bazarında müəyyən sabitləşmə və artımları müşahidə etdik, nəticədə bir aylıq yekunda qızılın qiyməti təxminən 4 faizə yaxın yüksəldi. Altı aylıq yekunda qızılın qiymətində 18 faiz artım olub, son bir ildə qızılın qiyməti 40 faiz artıb. Bu baxımdan çevik siyasət investisiya portfelinin strukturunu dəyişməyi tələb edir".
Alış və satış arasındakı qiymət fərqi
V.Bayramov Dövlət Neft Fondu tərəfindən qızılın alqı-satqısı ilə bağlı, yəni müəyyən müddətlərdə vəsaitin qızılda saxlaması, müəyyən müddət sonra onun digər aktivlərə və ya nağd vəsaitlərə çevrilməsini doğru hesab edir. Çünki nəticədə Fondun qızılı almağa başladığı tarix ilə qızılı satdığı tarix arasındakı qiymət fərqinə baxsaq, bu, praktik olaraq həmin investisiyadan gəlirliyin təmin edilməsinə imkan yaradıb: "Konservativ qərarlardan daha çevik qərarların verilməsinə keçid reallaşıb. Təbii ki, daha az riskli istiqamətlərə vəsaitlərin yönəldilməsi prinsipi yenə də saxlanılır. Bununla yanaşı qərarların çevik olması çox önəmlidir. Çünki çevik qərarlar nəticədə daha çox gəlirin əldə edilməsinə imkan yaradıb. Dövlət Neft Fondu növbəti dövrlərdə də öz investisiya qərarlarını şaxələndirəcək, fərqli istiqamətlərə vəsaitlərin yönəldilməsini həyata keçirəcək. Qızılla da, yenidən investisiya qoyuluşu da həyata keçirilə bilər, çünki bazardakı gözləntilər və proqnozlara uyğun olaraq qərarların qəbulu həyata keçirilir. Ona görə bu, sadəcə çevik qərarların nəticəsi kimi qiymətləndirilməlidir".
"Bu addım qızıldan tamamilə imtina demək deyil"
İqtisadçı Elçin Əkbərov isə bildirib ki, Prezidentin müvafiq Fərmanına əsasən, Fondun qızıl altportfelinin payı investisiya portfelinin məcmu dəyərinin 35 faizinə qədər nəzərdə tutulub: "Bu zaman yuxarı uzaqlaşma intervalı maksimum 4 faiz olaraq müəyyən edilib. Fondun bu il üçün investisiya siyasətinin əsas hədəfi isə əsas kapitalın itirilməsi riskini minimuma endirməklə yanaşı, maksimum gəlirliliyə nail olmaqdan ibarətdir. Məlum olduğu kimi, ARDNF-in qızıl ehtiyatları uzun illər ərzində yüksələn xətt üzrə artaraq 2019-cu ildəki 101.2 tondan 2025-ci ildə 200 tona çatıb və beləliklə, ehtiyatlar çəki ifadəsində təqribən iki dəfə artıb. Xüsusilə də bu alışların əsasən qızılın qiymətinin əlverişli və ucuz olduğu dövrlərə təsadüf etdiyini vurğulamaq lazımdır".
E.Əkbərovun sözlərinə görə, uzunmüddətli yığım prosesindən sonra 2026-cı ildə ARDNF çoxillik alış siyasətini dayandıraraq taktiki satışa başladı. Lakin bu addım heç də bazarda qızıldan tamamilə imtina və ya qızıldan çıxış kimi başa düşülməməlidir. Əksinə, investisiya portfelinin yenidən və sağlam şəkildə balanslaşdırılmasıdır: "Bunun ən başlıca səbəblərindən biri məhz investisiya gəlirinin realizasiyası, yəni mənfəətin nağdlaşdırılmasıdır. 2025-ci il və 2026-cı ilin əvvəlində qızıl qiymətlərinin kəskin bahalaşması, eləcə də tarixi rekordların yenilənməsi uzun müddət ərzində ucuz qiymətə yığılmış bu aktivdən maksimum mənfəət əldə etmək üçün ideal və rasional fürsət yaratdı. Digər tərəfdən, 2025-ci ilin sonunda qızılın payının 38.2 faizə çatması Fondun təsdiqlənmiş hədəf göstəricisini artıq üstələyirdi. Buna görə də satış prosesi portfeli tələb olunan normativ çərçivəyə qaytarmağa xidmət edir. Eyni zamanda, Yaxın Şərqdəki gərginliklər və inflyasiya gözləntilərinin istiqraz bazarına mənfi təsiri fonunda Fond öz ümumi ehtiyatlarını sığortalamaq və yaranan likvidlik ehtiyacını qarşılamaq məqsədilə də dövri satışlara getmiş ola bilər. ARDNF bu halda qlobal institutların hər Trua unsiyası üçün 5 000 dollarlıq zirvə proqnozunu da gözləyərək spekulyativ gedişlər deyil, planlı və ağıllı risk idarəetməsi həyata keçirib".
Standart və zəruri prosedur
İqtisadçının fikrincə, ümumilikdə atılan bu addım olduqca uğurlu və yetkin investisiya strategiyasının tərkib hissəsidir: "Beynəlxalq suveren fondların qlobal təcrübəsində də aktivlərin vaxtaşırı yenidən balanslaşdırılması standart və zəruri prosedurdur. Məsələ burasındadır ki, qızılın portfeldəki payının normadan artıq yüksək olması Fondun valyuta və faiz dərəcələrinin qlobal dəyişməsi qarşısında həssaslığını kəskin artırır. Payın proporsional olaraq azaldılması isə qızıl qiymətlərindəki gələcək mümkün ucuzlaşmanın və korreksiyaların Fondun ümumi aktivlərinə vura biləcəyi zərbəni əvvəlcədən neytrallaşdırır".
Müsahibimizin sözlərinə görə, qızıl satışı Azərbaycanın maliyyə sabitliyinə hər hansı bir mənfi təsir göstərmir, əksinə, Fondun büdcə qarşısındakı öhdəliklərini vaxtında və etibarlı yerinə yetirməsi üçün əlavə manevr və likvidlik imkanları yaradır.
Xəbərin oxunma sayı : 1375
İqtisadiyyat
Xəbərlər
-
Prezidentdən 15 iyunla bağlı paylaşım - FOTO
-
Azərbaycanda Milli Qurtuluş Günüdür
-
Bakıda binada təhlükə: Tavan çökdü (VİDEO)
-
Mehriban Əliyeva Milli Qurtuluş Günü ilə bağlı paylaşım etdi - FOTO
-
“AN Production“ şirkətinin işçiləri Aylardır maaşlarını ala bilmirlər - ŞİKAYƏT
-
Putin Trampa zəng etdi: Bir saata yaxın nələr müzakirə olundu?
-
Məmmədli kəndində yollar yararsız vəziyyətdədir - ŞİKAYƏT
-
Azərbaycanda çıxarışlı torpaqlara maraq artıdı - VİDEO
-
Bakıda qadın və anasının öldürüldüyü hadisə ilə bağlı qonşular danışdılar - VİDEO
-
Tramp İsrailin Beyruta zərbəsini pislədi - “Livana zərbə endirməməlidir“
-
“Nə qanundan, nə də narazılıqdan çəkinirlər” - Xəzər sahilində daha bir hasarlama+Video
-
Ermənistan MSK nəticələri təsdiqlədi - Paşinyan təkbaşına hökumət qura biləcək?
-
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib - VİDEO
-
Qətər nümayəndə heyəti Tehrandadır - Nə müzakirə edəcəklər?
-
Hikmət Hacıyev ilə Armen Qriqoryan görüşdü - Ermənistanın Dilican şəhərində
-
Müəllim olmaq istəyənləri nə gözləyir? - Təhsil sistemində islahat
-
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq - XƏBƏRDARLIQ
-
İran anlaşma memorandumunun imzalanması ilə bağlı qərar qəbul etməyib - CNN
-
Məğlub olan Türkiyə millisinin baş məşqçisi: “Əgər qol vura bilsəydik...“
-
Qızılın qiyməti yüksəlir: Bazarlarda son vəziyyət (VİDEO)
-
İmtahan cavablarını buradan yoxlaya bilərsiz - LİNK
-
Sürücülərin kabusu: Bir neçə səhv və vəsiqə əldən gedir
-
Bakıda narkotik dövriyyəyə buraxmaq istəyirdi - Tutuldu+Video
-
“Kokain lazımdır, təcili!” - Məşhur aktrisanın yazışmaları üzə çıxdı
-
Şimşək çaxacaq, intensiv yağış yağacaq - XƏBƏRDARLIQ
-
Aralıq dənizində Türkiyəni narahat edən əməkdaşlıq - Fransa niyə diqqətini Kiprə yönəldib?
-
Keçmiş arvadını və qayınanasını qətlə yetirdi - Meyiti tapıldı
-
Sarı, mavi, qəhvəyi: Aviasiya raketlərində rəngli zolaqlar nə deməkdir?
-
DÇ-2026 həyəcanı davam edir: Türkiyə Avstraliya ilə bacarmadı - VİDEO
-
Azərbaycanda PUA-ların istifadəsində yeni mərhələ başlayır - Hansı qaydalar tətbiq olunacaq?
-
Xətai rayonunda binanın lifti sakinlərin istifadəsinə verilmir - ŞİKAYƏT/VİDEO
-
Bakıda bir sıra parklanma məntəqələrinin fəaliyyəti müvəqqəti məhdudlaşdırılacaq - SİYAHI
-
Azərbaycan klublarının yay transferləri - Kim gəlir, kim gedir?
-
Sahibsiz itlər çəkiliş zamanı müxbirə hücum etdi - VİDEO
-
Kasko sığortanı seçənlər problem yaşamamaq üçün nə etməlidirlər? - VİDEO
-
“Daşınmaz əmlakın idarə olunması“ ixtisası yaradılıb - VİDEO
-
“Avtoş”luq edirdi, həbs olundu - VİDEO
-
“İran və ABŞ arasında saziş iyunun 14-də imzalanacaq“ - Tramp
-
Şirvanda qəzalı binadan köçürülən sakinlərin kirayə pulu ödənilmir - ŞİKAYƏT/VİDEO
-
Təmayül tədris prosesinə cəlb olunan müəllimlərin maaşı artacaq - VİDEO
-
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq - XƏBƏRDARLIQ
-
Palma meşələrindən keçib buzlaqlara gedən “nağıl qatarı“ - FOTOLAR
-
Flora Kərimova xəstəxanaya yerləşdirildi - Müalicəsi Mehriban Əliyeva tərəfindən nəzarətə götürüldü
-
ABŞ-nın İranda quru əməliyyatı planı üzə çıxdı - Tramp mane olub
-
Qayınanasını öldürən Loğmana cəza verilmədi - “Mən Nadir şahın nəvəsiyəm”
-
Tovuzda əhaliyə verilən içməli suyun rəngi dəyişib - VİDEO
-
Xəzərdə qanunsuz balıq ovu - Yüzlərlə kütüm ələ keçirildi
-
Rusiyada benzinin satışına limit qoyuldu - Hər maşına cəmi 20 litr
-
Nazir Kəlbəcərdə tək məzunun “Son zəng“ində iştirak edib - FOTO
-
Mehdiyevlərin bankı adını dəyişdi - “T-Kredit“ BOKT-a çevrildi
-
ABŞ və İran tarixi sazişə yaxındır - Müqavilənin bəzi ilkin şərtləri açıqlanıb
-
Saxlanılan gömrükçülərin üçü buraxıldı - Rəis müavini həbs edildi
-
Kommunal xidmətlərə hansı bölgələrdə nə qədər pul xərclənir? - Siyahı
-
Türkiyədən irəlidə, Gürcüstandan geridə: Fəlakətdir, yoxsa başlanğıc nöqtəsi?
-
Yeni mövsümdə Azərbaycan klublarına nə qədər vəsait ayrılacaq? - MƏBLƏĞ
-
“Sülh sazişi 24 saat ərzində imzalana bilər“ - Şahbaz Şərif
-
“3 ildə 4 dəfə əməliyyat olundum” - Pərvin Abıyeva
-
“Barama” niyə uşağı bağçada saxlamaq istəmir? - İki filialdan şikayət var
-
Xameneinin dəfn tarixi açıqlandı - Yeri də məlum oldu
-
Suriyadan gətirilmiş 23 vətəndaşımız sosial xidmət müəssisəsinə yerləşdirildi - Fotolar
-
Uşaqların sosial mediada nümayişi: Valideynlər nələrə diqqət etməlidirlər?
-
57 şəhid övladı məzun oldu - Polad Həşimovun oğlu da var + ADLAR
-
Bakıda reabilitasiya mərkəzində qalmaqal - Qadınlar kişilərə işgəncə verirmiş...
-
Stomatologiyada “kreditlə gülümsəmə“ - Diş müalicələri niyə bahalaşır?
-
İlham Əliyev Kral III Çarlza təbrik məktubu göndərdi - MƏTN
-
Çimərlikdə bunları etmək qadağandır! - Nazirlikdən çağırış
-
Emin Əmrullayev məzunlarla “Yallı” oynadı - VİDEO/FOTO
-
Braziliya və Türkiyə milliləri meydana çıxır - Oyun saatları
-
40 min namizəd MİQ imtahanına qoşulur - İmtahan tarixləri açıqlandı
-
Hindistanın Rusiyadan neft almasını ABŞ istəyib - XİN rəhbəri
-
Avtomobilləri ildırım vuran hallarda sürücülər nəyə diqqət etməlidirlər? - VİDEO
-
Bakıda çoxmərtəbəli parkinqlərin sayı niyə azdır? - VİDEO
-
877 azyaşlı ana olub - Problemin kökündə nə dayanır?
-
Azərbaycan nefti 6 dollardan çox ucuzlaşdı - 88 dolara satılır
-
“İsrail İran və ABŞ arasında sazişin imzalanmasını pozmağa çalışır” - Əraqçi
-
Bakıda tikinti şirkəti ilə sakinlər arasında narazılıq - VİDEO
-
Azərbaycanın bütün məktəblərində “Son zəng“ çalınır
-
“Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova
-
Mourinyo istədi, Perez kisənin ağzını açdı - 70 milyona onu ala bilərlər
-
İxtisas və universitet dəyişdirilməsi ilə bağlı yeni qaydalar tətbiq olunacaq - QƏRAR
-
ABŞ və İran sülh sazişinin yekun mətnini razılaşdırdı - Şahbaz Şərif
-
Bakı-Tbilisi aviabiletlərinin bahalaşmasına səbəb nədir? - VİDEO
-
Fransanın bəzi media qurumları ölkəmizə qarşı qarayaxma kampaniyası aparır - MEDİA
-
Azərbaycanın 23 vətəndaşı Suriyadan repatriasiya olunub - 7 qadın və 16 uşaq
-
Naxçıvan reysləri geri qayıtdı - AZAL səbəbini AÇIQLADI
-
Türkiyədə qanunsuz mərc oyunları: 116 şübhəli saxlanıldı
-
Sosial mediada çox vaxt keçirən yeniyetmələrdə depressiya riski artır - TƏDQİQAT
-
“Atlant” sahibinin yenidən həbsi tələb olundu - Cinayət dosyesi
-
İndiyədək dünya çempionu olmuş ölkələr - SİYAHI
-
Bu rayonlarda ehsan ləğv olunub - SİYAHI
-
“ABŞ ilə razılaşma heç vaxt olmadığı qədər yaxındır” - Əraqçi
-
Torpaq sahəsi aldı, həyatının şokunu yaşadı: “Evi tikdim, gəlib dedi ki, bura mənimdir“ + VİDEO
-
Rüfət Səfərova hökm oxundu - Məhkəmə prosesi
-
“Zərbələrin intensivliyini artıracağıq” - Vladimir Putin
-
Polis çaya düşən azyaşlını xilas etdi - Babası boğuldu
-
Gədəbəyə diametri 11 mm olan dolu düşüb - FAKTİKİ HAVA
-
“Şiş” xəstəliyi ən çox hansı rayonlarda yayılıb? - Siyahı
-
2 gün maqnit qasırğası olacaq - Xəbərdarlıq
-
Beyləqanda Milli Qurtuluş Günü qeyd olundu - FOTOLAR
-
Xəstəxanalarda yoxlamalar: 31 nəfər məsuliyyətə cəlb edilib
-
Pensiya yaşına çatıb pensiya ala bilməyənlərin sayı açıqlandı - Rayonlar üzrə siyahı
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
-
Kamran Əliyev Nərimanov rayonunda qəbul keçirdi - Fotolar
-
ABŞ dünyanın ən böyük neft ixracatçısına çevrildi - “Reuters”
-
TƏBİB-in tabeliyindəki 4 müəssisədə yoxlama aparılır - Rəsmi
-
Rusiyalı oliqarx Paşinyana şərt qoydu: “Hər şeyi edəcəyik“
-
Azərbaycanda zəlzələ oldu: Bu rayonlarda hiss olundu
-
Saxta şirkətlər yaradanlar qandallandı -10-a yaxın şəxs məsuliyyətinə cəlb olundu
-
Xaricdən 12 qəpiyə gətirilən saqqızlar marketlərdə dəfələrlə baha satılır - Siyahı
-
Azərbaycanda yeni cərimələr müəyyənləşir - Parlament təsdiqlədi
-
Ötən ay ən çox bahalaşan və ucuzlaşan məhsullar - SİYAHI
-
“Torpaq sahələrinin genişləndirilməsi hesabına artım dövrü başa çatır“ - Məcnun Məmmədov
-
Azərbaycanın Portuqaliyada səfirlik açacaq - Milli Məclis təsdiqlədi
-
“Əhalinin rifahı yüksələcək“ - Sahil Babayev
-
Yağış yağacaq, dolu düşəcək - SABAHIN HAVASI
-
Aygün Kazımova sirkdə “məclis“ qurub, rep oxudu - Video
-
Dünya okeanında suyun səviyyəsi qalxır - Xəbərdarlıq
-
Məhərrəmlikdə toy etmək olar? - AÇIQLAMA
-
Azərbaycanın dövlət borcu nə qədərdir? - Nazir açıqladı
-
İran Trampı təkzib etdi: “Heç bir mətn təsdiqlənməyib“
TOP 10
ARXİV






