Müəllimlərin nəzərinə: Elektron sənəd qəbulu başladı Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO
Axtar
 
  • / Sosial / — 03 İyun 2026

    Müəllimlərin nəzərinə: Elektron sənəd qəbulu başladı

  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

  • / Maqazin / — 12 May 2026

    Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

“Şahdəniz“də illik qaz hasilatı nə qədərdir? - “BP-Azerbaijan“ açıqladı

Tarix 04.06.26, 19:05

Font ölçüsü : - / +
bitmap-img6


Hazırda "Şahdəniz" yatağında ümumi hasilat ildə 27 milyard kubmetr qaz və gündəlik 80 min bareldən çox kondensat təşkil edir.

Bu barədə layihənin texniki operatoru olan "BP-Azərbaycan" şirkətinin məlumatında bildirilib.

"Hazırda yataqdan qaz hasilatı "Şahdəniz-1" və "Şahdəniz-2" layihələri çərçivəsində həyata keçirilir. İşlənmənin birinci mərhələsi nəzərə alınmaqla, hazırda yataqda ümumi hasilat ildə 27 milyard kubmetr qaz və gündəlik 80 min bareldən çox kondensat təşkil edir", - məlumatda vurğulanıb.

Bununla yanaşı, şirkətin məlumatına görə, hazırda "Şahdəniz-2" layihəsi çərçivəsində ildə 17 milyard kubmetr qaz hasil edilir.

"Mövcud "Şahdəniz" obyektlərinin istehsal gücü gündəlik 76 milyon kubmetri və ya ildə 28 milyard kubmetri ötür", - məlumatda bildirilib.

"Şahdəniz" yatağının işlənməsi üzrə müqavilə 1996-cı il iyunun 4-də Bakıda imzalanıb və həmin il oktyabrın 17-də Milli Məclis tərəfindən ratifikasiya edilib. "Şahdəniz" üzrə iştirak payları belədir: BP (operator – 29,99 %), "Lukoil" (19,99 %), TPAO (19 %), NİCO (10 %), "Cənub Qaz Dəhlizi" (16,02 %), MVM (5 %).



Xəbərin oxunma sayı : 142




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap