Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

Su ehtiyatlarımız azalır: Azərbaycan 35 ölkəlik risk qrupundadır

Tarix 04.06.26, 12:42

Font ölçüsü : - / +
bitmap-img6


"Beynəlxalq təşkilatların hesablamalarına görə, ölkəmiz 2050-ci ilə qədər susuzluqdan əziyyət çəkən 35 ölkə içərisində olacaq. Bu da bir növ aqrar sektorun transformasiyasında resurs əsaslı yanaşmanın da labüd olduğunu ortaya qoyur. Dövlət Proqramı da əsas hədəfləri müasir suvarma altında olan sahələrin 130 min hektardan 300 min hektara qədər çatdırılmasını hədəfləyir".

AzFakt.com oxu.az-a istinadən xəbər verir ki, bunu kənd təsərrüfatı nazirinin müavini Zaur Əliyev Kənd Təsərrüfatı Nazirliyində keçirilən mətbuat konfransında deyib.

Z.Əliyev bildirib ki, bu, bir növ məhsuldarlıq artımının da fundamental əsasını formalaşdıran yanaşma və tədbirdir:

"Müasir suvarma və suvarma şəbəkəsinin yenilənməsi ilə yanaşı, torpaq konsolidasiyası da Dövlət Proqramının ilk dəfə Azərbaycanda tətbiq olunan əsas tədbirlərindən biridir. Ölkəmizdə torpaq sahələri parçalanmış formadadır. Ümumilikdə fermerə düşən torpaq sahəsinin həcmi də kiçikdir. Torpaq konsolidasiyası parçalanmış torpaq sahələrinin müəyyən həcmdə birləşdirilməsi, mülkiyyətçilərin də bir neçə bölünmüş sahədə deyil, vahid torpaq sahəsinə sahib olması və paralelində həmin sahələrin təsərrüfatdaxili suvarma şəbəkəsinin yenilənməsini əhatə edir. Proqram ilkin olaraq 20 min hektar ərazidə iki rayonda tədbirlərin icrasının əhatə edir. 2030-cu ilə qədər tədbirlərin icrası beynəlxalq təşkilatların da cəlb olunması və qabaqcıl dünya praktikasının tətbiqi əsasında həyata keçiriləcək".



Xəbərin oxunma sayı : 913




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap