Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

Bakının bu qəsəbəsinə qatar yenidən gələcək - Stansiya da bərpa edilir

Tarix 24.07.26, 11:18

Font ölçüsü : - / +
bitmap-img6


2025-2030-cu illəri əhatə edən Dövlət Proqramına əsasən, Bakı və ətraf qəsəbələrdə dəmir yolu infrastrukturunun inkişafı istiqamətində yeni xətlərin inşası, həmçinin uzun müddətdir istifadəsiz qalan mövcud xətlərin yenidən bərpası nəzərdə tutulur.

AzFakt.com xəbər verir ki, bu layihələrdən biri də Zabrat-Maştağa-Bağlar dəmir yolu xəttinin yenidən fəaliyyətə başlamasıdır. Hazırda Sabunçu rayonunun Maştağa qəsəbəsində hazırlıq və nişanlama işləri həyata keçirilir. Layihə çərçivəsində tarixi Maştağa dəmir yolu stansiyasının binasının əsaslı təmir edilərək sərnişinlərin istifadəsinə verilməsi planlaşdırılır.

Uzun illər istismar olunmayan dəmir yolu xəttinin keçdiyi ərazilər hazırda kol-kosla örtülsə də, yaxın zamanda burada dəmir yolu infrastrukturu tam şəkildə bərpa ediləcək. Tikinti və yenidənqurma işləri zamanı dəmir yolunun mühafizə zolağına düşən bəzi fərdi yaşayış evlərinin və yarımçıq tikililərin sökülməsi nəzərdə tutulur. Bununla əlaqədar olaraq ərazidə ölçmə və işarələmə işləri aparılıb, mülkiyyət sahiblərinə layihə barədə məlumat verilib.

Rəsmi məlumata görə, söküləcək tikililərin sahiblərinə qanunvericiliyin tələblərinə uyğun kompensasiya ödəniləcək. Qeyd edək ki, analoji tədbirlər daha əvvəl Suraxanı və Hövsan istiqamətlərində də həyata keçirilib. Həmin ərazilərdə dəmir yolu xəttinin bərpası məqsədilə bəzi tikililər sökülüb və onların sahiblərinə müvafiq kompensasiya verilib.

Zabrat-Maştağa-Bağlar dəmir yolu xəttinin yenidən istifadəyə verilməsi nəticəsində həmin ərazilərdə yaşayan sakinlərin Bakının müxtəlif istiqamətlərinə daha sürətli, rahat və əlverişli şəkildə hərəkət etməsi üçün yeni nəqliyyat imkanları yaradılacaq. 



Xəbərin oxunma sayı : 112




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap