Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

Azərbaycana xüsusi təchiz olunmuş təcili yardım motosikletləri gətirildi - VİDEO

Tarix 21.07.26, 23:04

Font ölçüsü : - / +
bitmap-img6


Həm motosürücü, həm də tibb işçisi... Artıq təcili tibbi yardım çağırışlarına xüsusi təchiz edilmiş motosiklet briqadaları - "ambusayklar" da cəlb olunacaq. 

Beynəlxalq təcrübədə istifadə edilən ambusaykllardan Bakıda da istifadə edilməyə başlanır. Sıx trafik, tıxaclı yollar və dar küçələrdə baş verən hadisələrə göndəriş üçün ilkin mərhələdə 10 təlim keçən feldşer cəlb edilib.

TƏBİB-in İcraçı direktorunun müavini Bahadur Rzayevin sözlərinə görə, yeni layihə çərçivəsində xüsusi avadanlıqlarla təmin olunmuş motosiklet briqadaları pasiyentlərə ilkin təcili yardımın göstərilməsində mühüm rol oynayacaq. Xüsusi hazırlıq keçmiş tibb işçiləri hadisə yerinə ən qısa zamanda çataraq təcili tibbi yardım avtomobili gələnədək xəstənin vəziyyətini stabilləşdirəcəklər.

TƏBİB-dən o da  bildirildi  ki, motosikletlərdə defibrilyator, oksigen balonu, ilkin tibbi yardım dəsti və digər zəruri tibbi ləvazimatlar mövcuddur. Bu addım xüsusilə kritik vəziyyətlərdə vaxt itkisinin qarşısını almağa və insan həyatının xilasına böyük töhfə verəcək. Gələcək mərhələlərdə layihənin əhatə dairəsinin daha da genişləndirilməsi nəzərdə tutulur.



Xəbərin oxunma sayı : 163




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap