Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

Azərbaycanda “Temu“ barəsində iş qaldırılıb - VİDEO

Tarix 16.07.26, 23:34

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycanda "Temu" barəsində iş qaldırılıb, araşdırma başlanıb.

Xezerxeber.az-ın məlumatına görə, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi “PDD Holdings” barəsində iş qaldırıb.

İddia olunur ki, şirkət “Temu” platforması vasitəsilə rəqabəti məhdudlaşdıran qiymət siyasəti tətbiq etməklə hökmran mövqeyindən sui-istifadə edib.

Agentlikdən “Xəzər Xəbər”ə verilən məlumata görə, araşdırma çərçivəsində Rəqabət Məcəlləsinin bir neçə maddəsinin pozulması əlamətləri üzə çıxıb.

Bəs, proses “Temu” platformasının Azərbaycanda istifadəsinə və qiymətlərə necə təsir edəcək?

İqtisadçı-ekspert Rəşad Həsənovun sözlərinə görə, “Temu”nun fəaliyyətinə həm kəmiyyət, həm də keyfiyyət baxımından rəqabət qanunvericiliyinin pozulması aspektində baxılmaqdadır. Belə ki, bir tərəfdən aşağı qiymət siyasətinin həyata keçirilməsi, bu istiqamətdə rəqib şirkətlərin fəaliyyətinin məhdudlaşdırılması üzrə iş qaldırılsa da, digər tərəfdən də vaxtı keçmiş, köhnəlmiş məhsulların daha aşağı qiymətlə bazarda təklif edilməsi yolu ilə istehlakçı hüquqlarının pozulması, istehlakçıların aldadılması kimi iddialarla iş qaldırılıb.

Ekspert qeyd edib ki, digər tərəfdən bu, həmin şirkətlərin daha yüksək qiymət siyasəti həyata keçirməsinə və milyonlarla istehlakçısı olan bir bazarda istehlakçıların böyük dərəcədə zərər görməsi hallarının ortaya çıxmasına gətirib çıxara bilər.

İqtisadçı Kənan Quluzadə isə bildirib ki, bu, “Temu”ya qarşı başladılan ilk araşdırılma deyil.

Agentliyin açıqlamasında əlavə edilib ki, hazırda işə baxılması davam edir.




Xəbərin oxunma sayı : 154




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap