Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

Sosial şəbəkələrdə kompensasiyaya dair yayılan informasiyalar saxtadır - Birgə məlumat

Tarix 20.07.26, 19:05

Font ölçüsü : - / +
bitmap-img6


Sosial şəbəkə və müxtəlif mesajlaşma platformalarında özəlləşdirmə çekləri ilə bağlı guya kompensasiya ödənilməsi, qeydiyyatın aparılması və bunun üçün müəyyən mobil nömrələrlə əlaqə saxlanılmasının zəruriliyi barədə həqiqətə uyğun olmayan məlumatlar yayılmaqdadır.

AzFakt.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) və Medianın İnkişafı Agentliyinin (MEDİA) birgə məlumatında bildirilib.
Vurğulanıb ki, qeyd olunan məlumatlar həqiqəti əks etdirmir və vətəndaşlarda çaşqınlıq yaratmağa yönəlib.

Bildirilib ki, vətəndaşlar bu cür saxta elanlara etibar etməsinlər:
“Naməlum telefon nömrələri ilə əlaqə saxlamasınlar, bank kartı rekvizitlərini, şəxsiyyət vəsiqəsi məlumatlarını, SMS-lə göndərilən təsdiq kodlarını və digər şəxsi-maliyyə məlumatlarını heç bir halda qarşı tərəfə təqdim etməsinlər, eləcə də hər hansı ödəniş həyata keçirməsinlər. Hazırda həmin saxta məlumatlarla bağlı araşdırmalar aparılır”.



Xəbərin oxunma sayı : 280




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap