Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

Azərbaycan və Almaniya arasında münasibətlər təkcə ikitərəfli xarakter daşımır...

Tarix 23.07.26, 6:08

Font ölçüsü : - / +
bitmap-img6


Prezident İlham Əliyevin Almaniyaya rəsmi səfəri iki ölkə arasında strateji tərəfdaşlığın möhkəmləndirilməsi və əməkdaşlığın yeni istiqamətlərinin müəyyənləşdirilməsi baxımından önəmli idi. Bu mənada ölkəmizin başçısının Almaniya Federativ Respublikasına rəsmi səfəri Azərbaycan–Almaniya münasibətlərinin inkişafında mühüm mərhələ kimi qiymətləndirilir. Səfər çərçivəsində keçirilən yüksək səviyyəli görüşlər, aparılan geniş müzakirələr və imzalanan sənədlər iki ölkə arasında siyasi dialoqun dərinləşdirilməsi, iqtisadi əlaqələrin genişləndirilməsi, enerji təhlükəsizliyi, nəqliyyat-logistika, investisiya və regional əməkdaşlıq sahələrində yeni perspektivlər açır.

Dövlətimizin başçısının bu səfəri Azərbaycanla Avropa dövlətləri arasında qarşılıqlı faydalı əməkdaşlıq siyasətinin ardıcıl şəkildə davam etdirildiyini və ölkəmizin beynəlxalq münasibətlər sistemində artan rolunu bir daha nümayiş etdirib: “Prezident İlham Əliyev Almaniya Kansleri ilə keçirdiyi birgə mətbuat konfransında çıxışı zamanı göstərilən yüksək qonaqpərvərliyə və rəsmi dəvətə görə təşəkkürünü bildirərək qeyd etdi ki, bu səfər ikitərəfli münasibətlərin gələcək inkişafı baxımından mühüm əhəmiyyət daşıyır. Sözsüz ki, Azərbaycan və Almaniya uzun müddətdir strateji dialoqun başlanması istiqamətində mühüm işlər görülürdü. Artıq bu məqsədə nail olunması münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu göstərir. Eyni zamanda iqtisadi əməkdaşlığın genişləndirilməsinə dair imzalanmış Birgə Bəyannamə konkret layihələrin həyata keçirilməsi üçün mühüm hüquqi və siyasi baza formalaşdıracaq.
Səfər zamanı keçirilən təkbətək və geniş tərkibli görüşlərdə iki ölkə arasında əməkdaşlığın bütün əsas istiqamətləri ətraflı müzakirə olunub. Prezident İlham Əliyev bildirib ki, Azərbaycan və Almaniya arasında münasibətlər təkcə ikitərəfli xarakter daşımır, həm də Avropa ilə Cənubi Qafqaz arasında mühüm körpü rolunu oynayır. Hazırda Almaniyanın 200-dən çox şirkəti Azərbaycanda müxtəlif sahələrdə uğurla fəaliyyət göstərir. Bu şirkətlər sənaye, tikinti, nəqliyyat, logistika, informasiya texnologiyaları, kənd təsərrüfatı və xidmət sektorunda mühüm layihələr həyata keçirirlər.

Prezident İlham Əliyev əminliyini ifadə edib ki, səfərin nəticələri Almaniya şirkətlərinin Azərbaycana marağını daha da artıracaq. Qarşılıqlı investisiyaların h vurğulayıb ki, enerji əməkdaşlığı yalnız neft və qaz ixracı ilə məhdudlaşmır.
Azərbaycan hazırda bərpa olunan enerji sahəsində genişmiqyaslı layihələr həyata keçirir. Günəş və külək enerjisinin istehsalı, yaşıl enerji zonalarının yaradılması və gələcəkdə yaşıl elektrik enerjisinin Avropaya ixracı ölkənin enerji siyasətinin mühüm istiqamətlərindəndir. Azərbaycan son illərdə müasir avtomobil yolları, dəmir yolu xətləri, beynəlxalq hava limanları və dəniz limanları inşa etməklə Avrasiyanın mühüm nəqliyyat qovşaqlarından birinə çevrilib. Orta Dəhlizin inkişafı və Azərbaycanın Orta Asiya ilə Avropa arasında gündəliyinə də geniş yer tutur.

Ölkəmizin başçısı həmçinin hazırda Azərbaycanla Ermənistan münasibətlərinin normallaşdırılması istiqamətində atılan addımların da əhəmiyyətinə toxunaraq bu istiqamətində göstərilən bütün təşəbbüslərin uzun illər davam edən münaqişədən sonra regionda yeni əməkdaşlıq imkanları yaradacağına əminliyi ifadə edib.

Azərbaycanla Avropa İttifaqı arasındakı münasibətlərin inkişafı bu xüsusda mühüm əhəmiyyət kəsb edir. Son dövrlərdə Avropa İttifaqının yüksək səviyyəli rəhbərlərinin Azərbaycana səfərləri tərəflər arasında siyasi dialoqun və strateji əməkdaşlığın yeni mərhələyə keçdiyini göstərir. Enerji, nəqliyyat, yaşıl keçid, rəqəmsal transformasiya və iqtisadi inkişaf sahələrində əməkdaşlığın genişləndirilməsi həm Azərbaycan, həm də Avropa üçün qarşılıqlı fayda yaradır. Təbii ki, Almaniyanın Avropa İttifaqının aparıcı dövləti kimi bu prosesdə xüsusi rolu da olduqca önəmlidir.

Ümumilikdə, Prezident İlham Əliyevin Almaniyaya rəsmi səfəri Azərbaycan–Almaniya münasibətlərinin strateji məzmununun daha da zənginləşdiyini nümayiş etdirdi. Səfər nəticəsində əldə olunan razılaşmalar siyasi dialoqun möhkəmlənməsinə, iqtisadi əməkdaşlığın genişlənməsinə, enerji təhlükəsizliyi, yaşıl enerji, nəqliyyat, logistika və investisiya sahələrində yeni layihələrin həyata keçirilməsinə mühüm təkan verəcək. Bu səfər eyni zamanda Azərbaycanın Avropanın etibarlı tərəfdaşı kimi mövqeyini daha da gücləndirən və regionda sülh, sabitlik və qarşılıqlı faydalı əməkdaşlığın inkişafına xidmət edən mühüm diplomatik hadisələrdən biri kimi tarixə düşür.

Səlmi Mehdiyeva



Xəbərin oxunma sayı : 151




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap