“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

“Si Cinpin və Putin İrana silah satmayacaqlarına söz veriblər“ - Tramp

Tarix 24.07.26, 21:15

Font ölçüsü : - / +
bitmap-img6


ABŞ Prezidenti Donald Tramp Çin Xalq Respublikasının Sədri Si Cinpin və Rusiya Prezidenti Vladimir Putinin İrana silah satmayacaqlarına söz verdiklərini bildirib.

Tramp bu barədə özünün sosial media hesabında paylaşım edib.

O bildirib ki, Pekində Si Cinpinlə son görüşü zamanı Çin lideri ona heç bir halda İslam Respublikasına silah verməyəcəyini və satmayacağını, bunun Çin şirkətlərinə də aid olduğunu deyib.

“Aramızdakı münasibətləri nəzərə alaraq, onun sözünə inanıram. Bundan başqa, mən də onun üçün çox böyük yaxşılıqlar edirəm”, – Tramp qeyd edib.

ABŞ Prezidenti əlavə edib ki, Rusiya ilə Ukrayna arasında müharibə davam etsə də, Vladimir Putin də ona İrana silah satmayacağını bildirib.

Tramp vurğulayıb ki, ABŞ Ukraynaya birbaşa silah satmır, silahlar NATO ölkələrinə satılır, onlar tam ödəniş edir və həmin silahların sonradan necə bölüşdürülməsi ABŞ-a məlum deyil.

“İranla bağlı adları ən çox hallanan iki böyük ölkə, mənim fikrimcə, bu prosesdə iştirak etmir. Əgər iştirak etsəydilər, bu onlar üçün çox pis olardı. Bu, qətiyyən onların maraqlarına uyğun deyil”, – deyə Tramp əlavə edib. /APA



Xəbərin oxunma sayı : 91




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap