Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“
Axtar
 
  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

  • / Maqazin / — 05 Fevral 2026

    Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“

  • / Maqazin / — 26 Yanvar 2026

    Efirdə xanəndə ilə Mənzurə arasında gərginlik - VİDEO

  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

Evin qarşısında gül əkmək və maşın saxlamaq niyə qadağandır? - ŞİKAYƏT

Tarix 03.05.26, 12:03

Font ölçüsü : - / +
bitmap-img6


Fərdi yaşayış evlərinin qarşısında, xüsusən hasardan kənarda qalan ərazilərdə gül-çiçək əkilməsi və ya maşın saxlanılması hüquqi məsuliyyət yaradır.

Qanunvericiliyə əsasən, əgər evin hasarından kənarda qalan torpaq sahəsi sənəd üzərində mülkiyyətçiyə aid deyilsə, həmin hissədən şəxsi məqsədlər üçün istifadə edilməsi qadağandır.

Sakinlərdən biri yaranmış vəziyyətlə bağlı narazılığını belə ifadə edib:

"Kimsə qapısının ağzında gül əkir, əlbəttə, bu, təmizlik və gözəllikdir. Həyəti olanlar maşınlarını orada saxlaya bilirlər. Bəs həyəti olmayanlar avtomobillərini harada saxlasınlar?!"

Hüquqşünas Mircavid Miriyev Baku TV-yə bildirib ki, Azərbaycan Respublikasının Konstitusiyasına görə, mülkiyyətin üç forması (dövlət, bələdiyyə və xüsusi) mövcuddur. Küçələr, səkilər və ümumi istifadədə olan ərazilər dövlətə və ya bələdiyyəyə məxsusdur. Vətəndaşlar yalnız özlərinə məxsus həyətyanı sahə daxilində sərbəst fəaliyyət göstərə bilərlər.

Hüquqşünasın sözlərinə görə, mülkiyyət sərhədindən kənarda icazəsiz gül əkmək, dirək basdırmaq və ya ərazini zəncirləməklə hərəkəti məhdudlaşdırmaq digər vətəndaşların hüquqlarının pozulmasıdır:

"Bu növ fəaliyyətlərlə məşğul olan şəxslər İnzibati Xətalar Məcəlləsinin 247.1-ci maddəsinə əsasən, torpağın təyinatına uyğun istifadə edilməməsinə görə məsuliyyət daşıyırlar. Bu xətaya görə fiziki şəxslər 300 manat, vəzifəli şəxslər 600 manat, hüquqi şəxslər isə 3000 manat məbləğində cərimə edilir".





Xəbərin oxunma sayı : 256




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap