Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“
Axtar
 
  • / Sosial / — 13 Mart 2026

    Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

  • / Maqazin / — 05 Fevral 2026

    Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“

  • / Maqazin / — 26 Yanvar 2026

    Efirdə xanəndə ilə Mənzurə arasında gərginlik - VİDEO

  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

Deputatın onlayn görüşü Naxçıvanda etirazla qarşılanıb? - “Bizə belə deputat lazım deyil“

Tarix 24.04.26, 14:55

Font ölçüsü : - / +
bitmap-img6


Milli Məclisin deputatı Siyavuş Novruzovun seçiciləri ilə təşkil etdiyi onlayn görüş Naxçıvanda etirazla qarşılandığı haqda məlumat yayılıb. Deputatın onlayn görüş keçirməsindən narazı qalan sakinlərin görüşdə iştirakdan imtina etdiyi iddia olunur. Bu səbəbdən onlayn keçirilən qəbulda az sayda sakin iştirak edib.

AzFakt.com xəbər verir ki, bu barədə  məlumatı “Gündəlik Naxçıvan” səhifəsi yayıb. Yazıda görüşə qatılmadan imtina edən yerli sakinlərin şikayətləri də qeyd edilib.

Onlar bildiriblər ki, bu cür görüş problemləri müzakirə etmək yox, görüntü yaratmaq üçündür.

Seçicilərdən Nazim Mahmudov deputatın fəaliyyətsizliyindən şikayət edib: “Bu, qəbul deyil, açıq-aşkar seçiciyə hörmətsizlikdir, imitasiya və manipulyasiyadır. Özünə əziyyət verib seçicinin ayağına gəlmək istəmir... Bizim problemlərimiz illərlə yığılıb qalıb Amma bu deputatdan bir dəfə də real dəstək görməmişik”.

Digər sakin Asif Ağayev isə deyir ki, deputatı yalnız seçki vaxtı görə bilirlər:“Biz bu adamı yalnız seçki vaxtı görə bilmişik. Ondan sonra nə özü var, nə də səsi çıxır. İllərlə yazdığımız müraciətlər cavabsız qalıb. İndi isə çıxıb deyir ki, guya onlayn qəbul keçirir. Hansı qəbul? Kim iştirak edib? Bu, sadəcə camaatı aldatmaq, işləyirmiş kimi görüntü yaratmaqdır. Əgər doğrudan da seçicilərlə işləyirdisə, niyə illərlə bir dəfə də olsun açıq görüş keçirmədi? Köməkçisini belə görə bilmirik... Bizə belə deputat lazım da deyil”.

Qeyd edək ki, Siyavuş Novruzov 2 saylı Şərur-Kəngərli seçki dairəsindən deputat seçilib.

İddialarla bağlı deputatın da mövqeyini işıqlandırmağa hazırıq.



Xəbərin oxunma sayı : 211




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap