Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“
Axtar
 
  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

  • / Maqazin / — 05 Fevral 2026

    Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“

  • / Maqazin / — 26 Yanvar 2026

    Efirdə xanəndə ilə Mənzurə arasında gərginlik - VİDEO

  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

Paytaxtın Yasamal rayonunda yeni metro stansiyası tikilir - VİDEO

Tarix 28.04.26, 10:16

Font ölçüsü : - / +
bitmap-img6


Şəhərin mərkəzində hasarlanmış metropoliten ərazisi diqqət çəkir. Ərazidə yaşayan sakinlər burada yeni stansiyanın tikiləcəyini iddia edirlər.

AzFakt.com Xəzər TV-yə istinadən xəbər verir ki, söhbət paytaxtın Yasamal rayonu, Cabbar Qaryağdıoğlu küçəsində, metronun "Nizami" stansiyasının yaxınlığında yerləşən qapalı ərazidən gedir.

Araşdırma zamanı məlum olub ki, metronun "Nizami" stansiyasının yaxınlığında həqiqətən də yeni stansiya tikiləcək. Lakin bu, məhz sözügedən qapalı ərazidə deyil. "Bakı Metropoliteni" QSC-dən bildirilib ki, dövlət proqramı çərçivəsində "Nizami" stansiyasına yaxın ərazidə B5 stansiyası inşa olunacaq. Bu stansiya Mərkəzi Parkın altında yerləşəcək və oradan "Nizami" stansiyasına keçid təmin ediləcək.

Qeyd olunub ki, hazırda "Nizami" stansiyasının yalnız bir çıxışı var və eskalatorların təmiri zamanı alternativ çıxış mövcud deyil. B5 stansiyasının tikintisi bu problemi də aradan qaldıracaq.

Məlumata görə, 2030-cu ilədək bənövşəyi xətt üzrə "Nizami" stansiyasına paralel yerləşəcək B5 stansiyasının tikintisinin başa çatdırılması planlaşdırılır. Bununla da stansiyaya əlavə keçid imkanı yaradılacaq.





Xəbərin oxunma sayı : 121




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap