Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“
Axtar
 
  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

  • / Maqazin / — 05 Fevral 2026

    Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“

  • / Maqazin / — 26 Yanvar 2026

    Efirdə xanəndə ilə Mənzurə arasında gərginlik - VİDEO

  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

“Kapital Bank” verdiyi kreditləri geri ala bilmir? - Problemli kreditlərdə kəskin artım var

Tarix 28.04.26, 15:12

Font ölçüsü : - / +
bitmap-img6


Aktivlərinə görə Azərbaycanın ən böyük özəl bankı olan “Kapital Bank” ASC-də problemli kreditlərin həcmi kəskin artıb.

Yeniavaz.com xəbər verir ki, bu ilin birinci rübünün yekununda “Kapital Bank”ın vaxtında geri qaytarılmayan kreditləri 177 milyon 880 min manat olub.

“Kapital Bank”da vaxtı keçmiş kreditlərin ümumi kredit portfelindəki payı 3,25% olub.
Qeyd edək ki, vaxtı keçmiş kreditlərin 69,8%-ni, yaxud 124 milyon 133 min manatını istehlak kreditləri (şəxsi, ailəvi və sair məqsədlər üçün fiziki şəxslərə verilən kreditlər) təşkil edib. Bu kreditlərin ümumi kredit portfelindəki payı 3,32% olub.

Müqayisə üçün bildirək ki, ötən ilin eyni dövründə “Kapital Bank”ın vaxtında geri qaytarılmayan kreditləri 125 milyon 398 min manat olub.

Açıqlanan məlumatdan da göründüyü kimi, son bir ildə “Kapital Bank”ın problemli kreditlərinin həcmi 42% və ya 52 milyon 482 min manat artıb. Problemli kreditlərin ümumi kredit portfelindəki payı isə 2,35%-dən 3,25%-ə yüksəlib.



Xəbərin oxunma sayı : 1021




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap