| |
|
“Azəraqrar”ın əsl rəhbəri kimdir? - Nazirin sabiq komandirinin maaşı 7 dəfə artırılıb?
Bizim iradəmizə qarşı çıxanın başı əziləcək - Azərbaycan Prezidenti
Maliyyə Nazirliyi AAYDA yoxlama aparır - Ciddi yeyintilər aşkarlanıb
Vensin Azərbaycana səfəri: Zəngəzur dəhlizinin müzakirələri yeni mərhələdə
Sovet təhsil elitası və cavabsız qalan suallar:Rektor 6 il sonra universitetə necə daxil olub?
Binəqədi rayonunda neft buruqları ərazisində daha bir qanunsuz tikinti - FOTO/VİDEO
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması - Kompromat savaşı yenidən başlayıb
Sahib Məmmədovun “mənbə” axtarışı qalmaqal yaratdı - İşçilərin otağından dinləyici qurğu tapılıb
Eyyubov və digər vəzifəli şəxslərin əməlləri açıqlandı - Baş Prokurorluq məlumat yaydı
“Bravo”nun sönükən fəaliyyəti - Marketlər şəbəkəsinin rəqabətə davamlılığı niyə hər gün zəifləyir?
Yaponiya-Çin gərginliyi pik həddə: Qarşılıqlı hədələr durmadan artır
Saleh Məmmədovun işçisindən 20 min dollarlıq toy hədiyyəsi - AAYDA sədrini hədəfə gətirdi
Azərbaycanın nə qədər daxili və xarici borcu var? - Rəqəmlər açıqlandı
Tarix 28.04.26, 17:25 |
|
2026-cı ilin 01 aprel tarixinə Azərbaycan Respublikasının dövlət borcu (daxili və xarici dövlət borcu) 24 milyard 464,7 milyon manat və ya 2026-cı il üzrə 130 milyard 873,5 milyon manat məbləğində proqnozlaşdırılan Ümumi Daxili Məhsulun (ÜDM) 18,7 faizini təşkil etmişdir.
AzFakt.com xəbər verir ki, Azərbaycan Maliyyə Nazirliyi yanında Dövlət Borcunun və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyi tərəfindən 2026-cı ilin I rübü üzrə dövlət borcuna dair hesabata istinadən xəbər verir ki, ümumi dövlət borcunun 7 milyard 971,8 milyon manatı (4 milyard 689,3 milyon ABŞ dolları) və ya 32,6 faizi xarici dövlət borcunun, 16 milyard 492,9 milyon manatı və ya 67,4 faizi daxili dövlət borcunun payına düşür.
Hesabat tarixinə Azərbaycan Respublikasında dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiya sənədi ilə (Strategiya) müəyyən olunmuş dövlət borcunun ÜDM-ə nisbət göstəricisinin 30%-dən çox olmaması və xarici dövlət borcunun 10 milyard ABŞ dollarını üstələməməsi üzrə yuxarı hədlər gözlənilmişdir.
Dəyişkən faizli dövlət borcunun ümumi borc portfelində payı
2026-cı ilin 01 aprel tarixinə Strategiyada nəzərdə tutulan faiz dərəcəsi riskinin məqbul səviyyədə saxlanılması məqsədilə dəyişkən faizli borcun ümumi borc portfelində payının 50 faizi keçməməsi üzrə hədəf gözlənilmiş və dəyişkən faiz dərəcəsi ilə olan öhdəliklər ümumi borc portfelinin 16 faizini təşkil etmişdir.
Xarici dövlət borcu
2026-cı ilin 01 aprel tarixinə xarici dövlət borcu 4 milyard 689,3 milyon ABŞ dolları və ya 2026-cı il üzrə proqnozlaşdırılan ÜDM-in 6,1 faizini təşkil etmişdir. 2026-cı ilin 01 yanvar tarixi ilə müqayisədə xarici dövlət borcu 124,2 milyon ABŞ dolları məbləğində azalmışdır.
Hesabat tarixinə xarici dövlət borcunun tərkibində dəyişkən faiz dərəcəsi ilə olan öhdəliklər xarici dövlət borcunun 49,1 faizini, sabit faiz dərəcəsi ilə olanlar isə 50,9 faizini təşkil etmişdir.
Xarici dövlət borcunun 59,2 faizi 5 ilə qədər olan müddətdə, 35,4 faizi 5 ildən 10 ilə qədər olan müddətdə, 5,4 faizi isə 10 ildən yuxarı olan müddətdə kreditorlara qaytarılmalıdır.
2026-cı ilin 01 aprel tarixinə xarici dövlət borcunun valyuta tərkibi aşağıdakı kimi olmuşdur: ABŞ dolları – 86,1 faiz, avro – 6,1 faiz, XBH (Beynəlxalq Valyuta Fondunun Xüsusi Borcalma Hüquqları) – 3,1 faiz, yapon yeni – 3,1 faiz, digər valyutalar – 1,6 faiz.
2026-cı ilin 01 aprel tarixinə dövlət büdcəsi hesabına xarici borclar üzrə 158,5 milyon ABŞ dolları məbləğində əsas borc, 71,9 milyon ABŞ dolları məbləğində isə faiz borcu ödənişləri həyata keçirilmişdir.
2026-cı ilin 01 aprel tarixinə ölkənin strateji valyuta ehtiyatları 85,2 milyard ABŞ dolları məbləğində olmaqla xarici dövlət borcunu təqribən 18,2 dəfə üstələyir.
Daxili dövlət borcu
2026-cı ilin 01 aprel tarixinə daxili dövlət borcu 16 milyard 492,9 milyon manat və ya 2026-cı il üzrə proqnozlaşdırılan ÜDM-in 12,6 faizini təşkil etmişdir. Daxili dövlət borcu 2026-cı ilin 01 yanvar tarixi ilə müqayisədə 1 milyard 311,6 milyon manat azalmışdır. Hesabat tarixinə daxili dövlət borcunun 7 milyard 695,5 milyon manatı dövriyyədə olan dövlət qiymətli kağızlarının, 8 milyard 797,4 milyon manatı isə hökumətin üzərinə götürdüyü dövlət zəmanətli öhdəliklərinin payına düşür.
Hesabat tarixinə dövriyyədə olan 7 milyard 695,5 milyon manat məbləğində dövlət qiymətli kağızlarının 54,4 faizi 2 və 3 illik, 45,6 faizi isə 5 il və daha artıq müddətli dövlət qiymətli kağızlarının payına düşür.
2026-cı ilin 01 aprel tarixinə dövriyyədə olan dövlət istiqrazları üzrə Orta Ödəmə Müddəti (OÖM) 3,60 təşkil etmişdir. Cari ilin 3 ayı ərzində qısamüddətli dövlət istiqrazlarının dövriyyə müddətinin bitməsi dövlət istiqrazları üzrə OÖM-ün artmasına səbəb olmuşdur.
2026-cı ilin ilk 3 ayı ərzində əvvəlki illərdə buraxılmış dövlət istiqrazları üzrə vaxtı çatmış 1.310,9 milyon manat məbləğində əsas borc ödənişləri, 132,5 milyon manat məbləğində isə faiz və diskont ödənişləri dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilmişdir.
Dövlət zəmanətli borc
2026-cı ilin 01 aprel tarixinə dövlət zəmanətli borcun məbləği (daxili və xarici borc) 6 milyard 762,4 milyon manat və ya 2026-cı il üzrə proqnozlaşdırılan ÜDM-in 5,2 faizini təşkil etmişdir. Dövlət zəmanətinin 5 milyard 186 milyon manatı (3 milyard 50,6 milyon ABŞ dolları) və ya 76,7 faizi xarici dövlət zəmanətli kreditlərin, 1 milyard 576,4 milyon manatı və ya 23,3 faizi isə daxili dövlət zəmanətli kreditlərin payına düşür. Xarici dövlət zəmanətli borcun əhəmiyyətli dərəcədə azalması "Cənub Qaz Dəhlizi” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən dövlət zəmanəti ilə cəlb edilmiş 2 milyard ABŞ dolları məbləğində xarici valyuta nominallı istiqrazların geri qaytarılması hesabına olmuşdur.
2026-cı ilin 01 aprel tarixinə dövlət zəmanətli borc portfelinin valyuta tərkibi aşağıdakı kimi olmuşdur: ABŞ dolları – 47,0 faiz, avro – 25,5 faiz, manat – 19,4 faiz, yapon yeni – 2,7 faiz, digər valyutalar – 5,4 faiz.
Hesabat tarixinə dövlət zəmanətli borc portfelinin 40,1 faizini sabit, 59,9 faizini dəyişkən faiz dərəcəli öhdəliklər təşkil edir.
Xəbərin oxunma sayı : 1006
Sosial
Xəbərlər
-
“Yeni Ailə” MTK məhkəmə qərarını icra etmir - Vətəndaş çarəsiz qalıb
-
Mərkəzi Bankın rəhbərliyində yeni təyinat - 10-cu baş direktor
-
Türkiyə hərbi xərclərini kəskin artırıb - Qlobal “yarışda” 18-ci yerdədir
-
“Azərbaycan Ermənistan da daxil bütün qonşularla dostluq münasibətləri qurub“ - Hikmət Hacıyev
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
-
Prezidentlə ailəsi İslam Səfərli küçəsinin açılışında - FOTOLAR
-
“Azərbaycan bütün qonşularla dostluq münasibətləri qurub“ - Hikmət Hacıyev
-
Bankların adından kiberdələduzluq etməkdə şübhəli bilinən şəxslər saxlanıldı - VİDEO
-
İsrail vətəndaşları kütləvi şəkildə Tbilisidən ev alırlar - Statistika
-
“Senior Talks” layihəsinin davamı: Aydın Veysəloğlu ADA tələbələri ilə yenidən görüşdü
-
Diplomatik korpusun nümayəndələri Xankəndi Zəfər parkında - FOTOLAR
-
“Zirə Broyler“in direktorunun ölkədən çıxışına “stop“ qoyuldu - SƏBƏB
-
“Şapka Mamed “Azərinşaatservis”in mülklərini kimlərlə ələ keçirib? - ŞOK detallar
-
Azərbaycanda son 85 ilin ən yüksək boşanmaları - Avropada ilk sıralardayıq
-
İxracdan milyonlar qazanan Azərbaycan şirkətləri - CƏDVƏL
-
Gömrükdə “broker” ləğv edilir, reyestr yaradılacaq - Lisenziya ləğv ediləcək
-
ABŞ-dan gözlənilməz xəbərdarlıq: Azərbaycana səfəri yenidən nəzərdən keçirin
-
Şəxs borc verdiyini məhkəmədə necə sübut etməlidir? - Hakimdən izah
-
Azərbaycanda yeni virus yayılıb? - Nazirlikdən açıqlama
-
Nazir müavini ABŞ-a qaçdı - Barəsində Rusiyada istintaq aparılır
-
Biləcəri qəsəbəsində qanunsuz tikinti və ekoloji cinayət - İcazəni kim verib?
-
Milli Məclis qərar verdi - Azərbaycan Avropa Parlamenti ilə əlaqələri dayandırdı
-
“Ali Rəhbər sağlamdır və danışıqlara rəhbərlik edir“ - Xameneinin müavini
-
İdman uğurları kontekstində Azərbaycanın inkişaf modeli
-
Səbaildə yolun bağlanması sakinlərin narahatlığına səbəb olub - VİDEO
-
Bu xəstəxanalara direktor təyin olundu - SİYAHI (FOTO)
-
Aİ-nin Azərbaycandakı səfiri XİN-ə çağırıldı - Nota verildi
-
Türkiyənin müdafiə nəhəngi sürət yığdı: sifariş portfeli 20 milyardı keçdi
-
Bakı və Abşeronda güclü külək əsəcək - XƏBƏRDARLIQ
-
Metro və avtobuslarda əlavə gedişhaqqı ödənişləri çıxılır? - VİDEO
-
Serbiya üçün kritik qərar: Avropa İttifaqı bütün ödənişləri dayandırdı
-
Dizel mühərrikli avtomobillər qadağan edilir? - VİDEO
-
Heyvan bazarlarında yeni dövr - Xəstəliklərin qarşısı belə alınacaq
-
Eynulla Fətullayev “Haqqın“ı satdı - Azərbaycandan gedir
-
Saatlıq əməkhaqqı sisteminə keçid yaxın vaxtlarda reallaşa bilər - VİDEO
-
Güləşçilərimiz qalib Azərbaycan xalqını uğurla təmsil ediblər
-
Məşhurlar instaqramda bunları paylaşdılar - FOTOLAR
-
“Qarabağ”ın çempion ola bilməməsinin bir neçə səbəbi var - Qurban Qurbanov
-
İran regionda təhlükəsizliyi təmin edəcək - Müctəba Xamenei
-
Məhkumlarla görüş üçün onlayn qeydiyyat mümkün oldu - VİDEO
-
Dövlətin və Prezidentin etimadına layiq qələbə!
-
Sabah bəzi yollarda monitorinq aparılacaq - Sürücülərin nəzərinə
-
Dəniz blokadası İrana qarşı hərbi əməliyyatın davamıdır - PEZEŞKİAN
-
"Neftçi" "Qarabağ"ı məğlub etdi, "Sabah" çempionluğunu rəsmiləşdirdi
-
Aktrisa tikinti şirkəti tərəfindən aldadıldığını iddia edir - VİDEO
-
Sabahdan balıq ovuna qadağa tətbiq ediləcək - VİDEO
-
Milli Onkologiya Mərkəzindəki partlayışı xəstə törədib - Baş Prokurorluq
-
ABŞ-ın dəniz blokadası uğursuzluğa məhkumdur - Pezeşkian
-
“Evdən tez-tez qaçırdı, 3 aydır xəbərim yoxdur” - 14 yaşlı qızın anası
-
Milli komandanın uğuru birlik, peşəkarlıq və güclü iradənin nəticəsidir
-
Bu yollar 3 gün bağlı olacaq - XƏBƏRDARLIQ
-
Sumqayıtda 5 min abonentin suyu olmayacaq - XƏBƏRDARLIQ
-
“Almaniya Kansleri işimizə qarışmaq əvəzinə, öz çökmüş ölkəsini xilas etsin“ - Tramp
-
XTQ-nin yaradılması günü münasibətilə tədbirlər keçirilib - VİDEO
-
“Çörəyin bahalaşacağına dair məlumat həqiqəti əks etdirmir“ - Agentlik
-
Polisin saxladığı makler barədə 4 aylıq - Həbs qətimkan qərarı
-
Mühasibi iş adamına qarşı dələduzluq etdi: Vergi borcu sildirmək istədi, 15 mini getdi
-
“ABŞ Hörmüz boğazında yeni beynəlxalq koalisiya yaratmaq istəyir“ - Xarici KİV
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Lətif Kərimovun 120 illiyi qeyd ediləcək - SƏRƏNCAM
-
Milli Onkologiya Mərkəzində partlayış - Ölən və yaralanan var + FOTO
-
“Niyə demirlər ki, bunun 14 yaşı var, onun 19“ - Gənc qızın anası danışdı
-
Azərbaycan ərazisindən Ermənistana növbəti yük göndərildi - Fotolar
-
Mәrkәzi Univermaqdan qızıl oğurladı - Məhkəmə qərarı
-
İranla müharibə ABŞ-yə 25 milyard dollara başa gəlib - Pentaqon
-
Qlobal ərzaq böhranı qapıdadır: Dünya aclıq riski ilə üz-üzə
-
“Ermənistan “kasıb qohum“ statusundan qurtulmalıdır“ - Paşinyan
-
“Nar” beynəlxalq sosial təşəbbüsə tərəfdaş oldu - FOTOLAR
-
Kredit faizlərinin ən yüksək və ən aşağı olduğu regionlar - Siyahı
-
ABŞ blokadanı Çin, Rusiya və Avropanı zəiflətmək üçün başladıb - SEPAH
-
Bank borcu olan müştərinin qohumuna zəng etdi - Cərimələndi
-
Maliyyə Nazirliyinin kollegiyasının tərkibi geişləndi - SİYAHI
-
Paytaxtın bu rayonlarında binalar təmir olunacaq - 25 milyon manat ayrıldı
-
“Bu, Fars körfəzində vəziyyəti gərginləşdirəcək“ - Pezeşkian
-
“Sırğa”sı olmayan heyvanlar bazara buraxılmayacaq - VİDEO
-
İlham Əliyev Avropa çempionu olan güləşçiləri qəbul edib - FOTOLAR
-
Azərbaycanı təhdid edən Okampo ifşa edildi - VİDEO
-
Merih Ronaldo ilə mübahisə etdi, Komana hücum çəkdi - VİDEO
-
Bakıda 40 minə bağ evi kirayə verilir - Fantastik qiymətlər + VİDEO
-
Xətaidə ərzaq mağazasının fəaliyyəti dayandırıldı - VİDEO
-
Qəbul imtahanı üçün qeydiyyat bitib - Neçə nəfər ərizə verib?
-
Neft kəskin bahalaşdı - Brent 126 dolları keçdi, bazarda “təchizat şoku”
-
Azərbaycanda əməkhaqqı sistemi dəyişir - Hansı yeniliklər olacaq?
-
Kənddəki evində yanaraq öldü - Rusiyadan təzə qayıtmışdı (VİDEO)
-
Bölgələrdə yırtıcıların heyvanları parçalaması halları artır - VİDEO
-
ABŞ İrana qarşı əməliyyatda hipersəs raketlərindən istifadə edə bilər - “Bloomberg“
-
MTK-lar idarəetməni niyə təhvil vermirlər? - Sakinlərin bitməyən “komendant“ dərdi
-
Azərbaycanlı şoumen eks-xanımına xəyanət etdiyi aktrisa ilə evlənir - FOTO
-
“Qarabağ” müdafiəçi alacaq - 1,5 milyon avro ödənilsə
-
Həmkarların sanatoriyalarında nə baş verir? - Boş otaqlar, amma “yerimiz yoxdur“ cavabları...
-
Aİ Ukraynaya ayıracağı 90 milyardlıq kreditin şərtlərini ağırlaşdırır - YENİ TƏLƏBLƏR
-
Bayrama görə atəşkəs təklif olundu - Putin Trampla danışdı
-
141 saylı məktəbdə 3 ildir aparılan təmir niyə yekunlaşmır? - VİDEO
-
Maliyyə Nazirliyində Aparat rəhbəri təyin olundu - Xalıq Rəhmanov kimdir?
-
“Ukrayna Rusiya ilə yeni əsir mübadiləsinə hazırlaşır“ - Zelenski
-
“Tramp İran üzərində qələbə elan edə və müharibəyə son qoya bilər” - “Reuters”
-
Azərbaycan nümayəndə heyəti Ermənistanda: nələr razılaşdırıldı?
-
Gömrükdə yeni qayda: FİN ləğv edilir, “ASAN İmza“ gəlir - Nə dəyişəcək?
-
Təhsilini başqa dildə almaq istəyən şagirdlər üçün - Qaydalar
-
“Süni intellekt bəşəriyyətin sonunu gətirə bilər” - Mask xəbərdarlıq edir
-
Bakıda avtomobildən oğurluq edənlər tutuldu - VİDEO
-
“ABŞ ilə müharibə hələ bitməyib“ - Səid Xətibzadə
-
Tikinti maqnatının şirkəti Gədəbəy küçələrini təmir edəcək - 635 min manatlıq sifariş
-
Hansı bankın nə qədər problemli krediti var? - Tam siyahı
-
Almanlar son 20 ildə rifah mühitinə həddən artıq alışıb - Merz
-
Gömrük 300 dollar limiti azaldacaq? - Şahin Bağırovdan açıqlama
-
Mahmudluya DSMF-də yüksək vəzifə verildi - Nazir əmr imzalayıb + FOTO
-
Azərbaycanlı qızla evlənmək üçün müsəlmanlığı qəbul edib, adını dəyişdirdi - VİDEO
-
“Pxenyanın nüvə başlıqlarının sayı ABŞ-nin müdafiə sistemini sıradan çıxara bilər“ - “Bloomberg“
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
AAYDA-da kök salmış “qohum şəbəkəsi“ təmizlənir - ADLAR
-
“Temu” bağlamaları niyə gecikib? - Şahin Bağırov açıqladı
-
Sumqayıtda xəstəxana boşaldılır - Səbəbi açıqlandı
-
Mayda hava necə keçəcək? - Aylıq proqnoz açıqlandı
-
Biznes sektoruna ən çox hansı banklar kredit ayırır? - Tam siyahı
-
Sahibkarlar üçün yenilik: Səyyar gömrük auditi necə aparılacaq?
-
Kürdə suyun səviyyəsi artdı - Sabirabadda körpü sıradan çıxdı
-
Azərbaycanda uşaqpulu ilə bağlı mühüm xəbər - 600 manat...
-
Sanksiyalar Rusiyanın müharibə iqtisadiyyatını “boğur” - Aİ lideri
-
Bakıda kişi sevdiyi qızın anasının qızıllarını oğurlayıb, özünə nişan mərasimi keçirdi
TOP 10
ARXİV






