“Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

  • / Maqazin / — 17 Dekabr 2025

    Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO

  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

Verdiyiniz borcu geri ala bilmirsinizsə - Bu yazını oxuyun!

Tarix 10.03.26, 11:49

Font ölçüsü : - / +
bitmap-img6


Əlinlə ver, ayağınla axtar - Borc verənlərin vəziyyətini ifadə edən bu və ya digər oxşar məsəllər indi daha aktualdır. Bütün dünyada olduğu kimi, Azərbaycanda da borclanma iqtisadi münasibətlərin istiqamətlərindən birini təşkil edir. Əslində isə bu məsələ də qanunvericiliklə tənzimlənir. 

Maraqlıdır, bəs qanunla borc alıb-vermə necə həyata keçirilməlidir?

“Qafqazinfo” xəbər verir ki, Mülki Məcəllənin 739-cu maddəsi borc müqaviləsinin anlayışı və formasını müəyyən edir. Maddədə bildirilib ki, borc müqaviləsinə görə, borcverən pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu borcalana verməyi öhdəsinə götürür. Borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür.

Borc məbləği 3 min manatdan çoxdursa, müqavilə yazılı formada bağlanmalıdır. Müqavilənin tərəflərindən biri hüquqi şəxs olduqda isə məbləğindən asılı olmayaraq, müqavilə yazılı formada tərtib edilməlidir.

bitmap-img6

Borcun gəlir əldə etmək məqsədilə verilməsi yalnız kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs tərəfindən həyata keçirilə bilər. Başqa sözlə, digər şəxslərin faizlə borc pul verməsi qanunla qadağandır. 

Məcəlləyə görə, borcalan borcu müqavilədə nəzərdə tutulan müddətdə və qaydada qaytarmalıdır. Borc predmeti borcverənə və ya borcverənin göstərdiyi üçüncü şəxsə verildiyi gün qaytarılmış hesab olunur.

Həmçinin borcalan borcu müqavilədə nəzərdə tutulan müddətdə və qaydada borcverənə qaytarmalıdır. Əgər borc müqaviləsində borcun qaytarılması üçün müddət müəyyən edilməyibsə, borcverən borcun qaytarılmasını istənilən vaxt tələb edə bilər. Borcverənin icra tələbini almış borcalan 1 ay müddətində borcu qaytarmalıdır. 

bitmap-img6

Bundan başqa borcverən aşağıdakı hallarda borcun vaxtından əvvəl qaytarılmasını tələb edə bilər:

- Borcalanın əmlak vəziyyətinin əhəmiyyətli dərəcədə pisləşməsi və ya borcalanın borcverənə hər hansı yanlış məlumat verməsi səbəbindən borcun vaxtında qaytarılmayacağını güman etməyə əsaslar olduqda;

- Borcun hissə-hissə qaytarılması nəzərdə tutulduqda vaxtı çatmış borcun 90 gün və ya daha çox müddətə gecikdirilməsi, yaxud borcun ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması (90 gündən az olmamaqla);

- Borcalan borc öhdəliyinin icrasının təmin edilməsi üzrə vəzifəsini yerinə yetirmədikdə, borcla əlaqədar təminat itirildikdə (borcverənin cavabdeh olmadığı hallarla) və yaxud dəyəri azaldığı hallarda borcun vaxtında qaytarılmayacağını güman etməyə əsaslar olduqda;

- Borc təyinatı üzrə istifadə olunmadıqda və digər hallarda.



Xəbərin oxunma sayı : 223




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap