“Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

  • / Maqazin / — 17 Dekabr 2025

    Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO

  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

Messi “İnter Mayami”də nə qədər qazanır? - Klubun sahibi açıqladı

Tarix 07.03.26, 13:26

Font ölçüsü : - / +
bitmap-img6


Səkkizqat “Qızıl top” mükafatının sahibi, argentinalı hücumçu Lionel Messi Amerika futbol klubu “İnter Mayami”də ildə 70 milyon dollardan 80 milyon dollara qədər qazanır.

Buu barədə komandanın sahibi Xorxe Mas “Bloomberg” agentlyinə verdiyi müsahibədə bildirib.

“Dünya səviyyəli sponsorlara ehtiyacımın səbəbi futbolçuların baha olmasıdır. Messiyə pul ödəyirəm, o, hər qəpiyinə dəyər, amma bu, ildə 70-80 milyon dollardır”, - Mas qeyd edib.

Lakin Mas Messinin müqaviləsinin strukturu və ya illik xərclərin necə hesablandığı barədə təfərrüatları açıqlamayıb.

Qeyd edək ki, Messi 2023-cü ilin yayından bəri “İnter Mayami”də oynayır. Onun rəhbərliyi altında komanda dörd kubok qazanıb. “İnter Mayami” həmçinin, Messi ilə klub tarixində ilk dəfə Böyük Futbol Liqası (MLS) tituluna sahib olub.

Xatırladaq ki, 38 yaşlı Messi 2003-cü ildən 2021-ci ilə qədər “Barselona”da çıxış edib. Hücumçu klubla 10 İspaniya çempionluğu, səkkiz İspaniya Super Kuboku, yeddi İspaniya Kuboku, dörd Çempionlar Liqası titulunu, üç UEFA Super Kubokunu və FİFA Klublararası Dünya Kubokunu qazanıb. O, vurulan qollar, məhsuldar ötürmələr və keçirilən oyunlar üzrə klub rekordlarına sahibdir.

Messi Argentina millisinin bütün zamanların ən çox qol vuran oyunçusudur və milli komanda ilə 2022 Dünya Kubokunu, 2022 Finalissima Kubokunu, 2021 və 2024-cü illərdə “Copa America”nı, 2008-ci il Olimpiya Oyunlarını və 2005-ci il FİFA Gənclərarası Dünya Çempionatını qazanıb.

Argentinalı futbolçu “Qızıl top” mükafatına rekord sayda - səkkiz dəfə sahib olub. “Barselona”dan ayrıldıqdan sonra o, həmçinin “Pari Sen Jermen”də oynayıb.

Hücumçu tarixin ən çox mükafat qazanan futbolçusudur (48 kubok).



Xəbərin oxunma sayı : 160




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap