“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Gədəbəydə məmura müəmmalı mükafat təqdim olundu - VİDEO

Tarix 03.03.26, 22:45

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycanda məmurun mükafatlandırılması mərasimi sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

AzFakt.com xəbər verir ki, bununla bağlı görüntülər yayılıb.

Videoda kimliyi açıqlanmayan şəxs "Azərbaycan Respublikasının Milli Məclisinin informasiya portalının direktoru Fəridə xanımın", həmçinin ölkə Prezidentinin adından Gədəbəy rayonunda Kommunal Müəssisələri Kombinatının direktor əvəzi Ruslan Mustafayevə "fəxri diplom" təqdim edir.

"Baxmayaraq ki, iki aydır direktor əvəzidir, rayonumuzda göstərdiyi fəaliyyətə və analoqu olmayan təmizlik işlərinə görə onu təbrik edirəm", - şəxs əlavə edir.

Videodan görünür ki, mərasimdə direktor əvəzi tək deyil, o, işçilərini də tədbirə dəvət edib. İşçilər Ruslan Mustafayevin mükafat almasını alqışlarla qarşılayıblar.

Maraqlıdır ki, iki fərqli instansiyanın niyə bir "fəxri diplom" göndərməsi, eləcə də "MM-in informasiya portalı" kimi bir resursun mövcud olub-olmadığı nə məmurun, nə də otaqdakı digər tədbir iştirakçılarının ağlına gəlir.





Xəbərin oxunma sayı : 1669




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap