“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Məktəblərdə fond pulu yığılır: Valideynlər ödəməyə məcburdurmu?

Tarix 21.09.26, 13:34

Font ölçüsü : - / +
bitmap-img6


Məktəblərdə valideynlərdən fond pulu tələb edilməsi məsələsi yenidən müzakirələrə səbəb olub. 

Sosial şəbəkə istifadəçisi paylaşımında müəllimlərin sertifikasiyadan keçdikdən sonra maaşlarının artdığını qeyd edərək, maddi imkanı məhdud olan valideynlərin məktəblərdə fond pulu ödəməsinin düzgün olmadığını bildirib.

"Bütün müəllimlər sertifikasiyadan keçib və biliyinə uyğun olaraq maaşları artıb. Ən az maaş alan müəllim 1000 AZN alır. 400 AZN maaş alan valideyn niyə 1000 AZN maaş alan müəllimə fond pulu verməlidir?” 

Paylaşımda təhsilin dövlət məktəblərində pulsuz olduğu vurğulanaraq, valideynlərə məktəb tərəfindən pul tələb edildiyi halda bu tələblə razılaşmamaları çağırışı edilib:

"Təhsil pulsuzdur, heç kimə pul verməyin”. 

Mövzu ilə bağlı azxeber.com-a danışan təhsil eksperti Məzahir Məmmədli bildirib ki, məktəblərdə ianə məsələsində əsas problem pulun tələb olunması və şəffaflığın təmin edilməməsidir: 

"Ümumiyyətlə Azərbaycanda hər il tədris ili başlayan kimi hər cür mövzuda həm valideynlər, həm müəllimlər bir-birinə ittihamlar başlayır. Bu, düşünürəm ki, dərsin başlanğıcı üçün xoş olmayan, arzu olunmayan bir mənzərə yaradır. Amma ümumilikdə məktəblərə ianə ilə bağlı heç bir ölkədə, hətta təhsili inkişaf etmiş ölkələrdə belə qadağalar yoxdur. Hə, o ki qaldı bunu məcbur etməyə, əlbəttə ki, məcburiyyət deyilən bir şey yoxdur. Yəni valideynin qarşısına bunu öhdəlik şərti kimi də qoya bilməz”.

Ekspert qeyd edib ki, bəzi məktəblərdə valideynlər öz təşəbbüsləri ilə siniflərin müəyyən ehtiyaclarını qarşılamaq üçün vəsait toplayırlar: 

"Sadəcə burada bir məsələ var ki, bəzi hallarda valideyn komitələri, hansı ki o komitələr də rəsmi bir nizamnamə əsasında fəaliyyət göstərmirlər, məktəblərin əksəriyyətində bu ad altında fəaliyyət göstərən siniflərin valideynləri toplaşır və onlar öz aralarında müəyyən planlama aparırlar. Bunlardan ən birincisi də odur ki, gəlin biz sinfimizi birgə təmir edək, pərdələr asaq, partaların üzərində səliqəli bir örtü quraq. Bu kimi məsələlər əlbəttə ki var və bu hallarda ehtiyac olur ki, müəyyən təşəbbüslər olsun, pullar toplansın”.

Məzahir Məmmədli bildirib ki, imkanlı valideynlərin məktəbə könüllü şəkildə dəstək verməsində problem görmür: 

"Amma mən şəxsi mövqeyimə qalsa, mən əlbəttə ki məktəblərdə ianənin tərəfdarıyam. İmkanlı valideynlər, yaxşı imkanı olan və yaxud da valideynlər məktəbin hər hansı bir işinə dəstək olmaları çox yaxşı olardı. Bilirsiniz, məsələn, bir şüşə qırılsa, məktəb direktoru onun üçün akt tərtib edəcək, təsərrüfat işləri üzrə müavini o aktı göndərəcək yuxarı quruma, o qurum da göndərəcək birbaşa bu işlə məşğul olan müəyyən sahəyə ki, bu şüşə sındırılıb, bunu düzəltmək lazımdır. Amma məktəbin özünün fondu olsa, əlbəttə ki, o, anında, yerində həll olunan bir şeydir”.

Ekspert vurğulayıb ki, məktəblərdə ianə toplanması zamanı əsas şərtlərdən biri şəffaflığın təmin edilməsidir: 

"Amma şəffaflığın təmin olunması şərti ilə. O valideyn və yaxud da ianə edən şəxs bilməlidir ki, bunun pulu hara xərclənir. Bütün hallarda məktəb nizamnaməsi buna imkan verir ki, məktəblərdə hansısa bir təşəbbüslə toplanan ianəyə etiraz olmasın. Yəni bu mümkündür”. 

Məzahir Məmmədli əlavə edib ki, valideynlərdən hər hansı ödənişin məcburi şəkildə tələb edilməsi düzgün yanaşma deyil:

"O ki qaldı belə hallarda valideynlər var ki, özünün məktəbə, sinfə, o sinfi yaxşı etmək üçün belə təşəbbüslər edir. Əlbəttə ki, yersiz təşəbbüsdür. Yəni onu hər kəsin öhdəsinə qoymaq olmaz ki, mütləq şəkildə fondunu verməlisən. Kimin imkanı var, kim məktəbə yardım etmək istəyir, könüllü şəkildə keçsin eləsin və onun hara xərcləndiyi ilə bağlı belə izləsin o prosesləri”. 



Xəbərin oxunma sayı : 70




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap