“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Erməni cinayətkar şəbəkə Fransa məhkəməsində:Milyonlarla avroluq cinayət işinin detalları

Tarix 18.09.26, 15:27

Font ölçüsü : - / +
bitmap-img6


Fransanın Lion şəhərində 5 ton saxta siqaretin müsadirəsi ilə nəticələnən cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

APA-nın xəbərinə görə, iş materiallarına əsasən, şəbəkənin rəhbərlik və təchizat həlqələrində bir neçə Ermənistan vətəndaşı yer alıb.

Fransada Ermənistan vətəndaşlarının və erməni mənşəli şəxslərin adlarının mütəşəkkil cinayətkarlıqla bağlı araşdırmalarda hallanması ilk belə hal deyil. Son illərdə Fransa hüquq-mühafizə orqanlarının saxta tütün istehsalı və dövriyyəsinə qarşı keçirdiyi ayrı-ayrı əməliyyatlarda da Ermənistan vətəndaşları saxlanılıb. Lionda məhkəməyə çıxarılan hazırkı iş isə həmin şəxslərdən bir neçəsinin sıravi iştirakçı deyil, şəbəkənin rəhbərlik və təchizat həlqələrində ittiham olunması ilə diqqət çəkir.

Sentyabrın 14-dən 16-dək Lion Məhkəməsinin 16-cı Cinayət Palatasında 15 nəfərin işi araşdırılıb. Təxminən iki il davam edən istintaq zamanı Fransanın Ron, Drom və Kot-d`Or departamentlərində fəaliyyət göstərən qanunsuz siqaret ticarəti şəbəkəsi müəyyən edilib.

İstintaq çərçivəsində 5 ton saxta siqaret müsadirə olunub. Prokurorluq bunun şəbəkənin faktiki dövriyyəsinin yalnız bir hissəsi olduğunu bildirib.

Məhkəmə materiallarına görə, şəbəkədə funksiyalar bölüşdürülüb. Ermənistan vətəndaşlarının əsas mövqelərdə, Polşa vətəndaşlarının logistika, Moldova vətəndaşlarının isə yüklərin daşınması mərhələsində iştirak etdiyi bildirilir. Fransadakı yerli vasitəçilər siqaretlərin saxlanılması və satışını həyata keçiriblər.

Bu bölgü Ermənistan vətəndaşlarının işdəki rolunu xüsusilə fərqləndirir. İttiham materiallarında onların yalnız daşınma və ya texniki əməliyyatlarda deyil, şəbəkənin idarə olunması və təchizatının təşkilində iştirak etdiyi göstərilir.

Saxta siqaretlərin Şərqi Avropadakı gizli istehsal müəssisələrindən yük avtomobilləri ilə Fransaya gətirildiyi müəyyənləşdirilib. Mions, Chassieu, Saint-Priest, Decines və Rillieux-la-Pape ərazilərində məhsulların saxlanıldığı anbarlar, Saint-Priestdə isə avtomobil qarajı aşkarlanıb.

Şəbəkənin fəaliyyətində “Telegram” və “Snapchat”-dan istifadə olunub. İstintaqa əsasən, bu platformalar vasitəsilə həm satış həyata keçirilib, həm də topdansatışçılarla əlaqələr koordinasiya olunub. Cinayət sxemində şifrələnmiş telefonlardan, müxtəlif məqsədlər üçün ayrıca mobil cihazlardan, avtomobil konvoylarından və saxta məlumatlarla icarəyə götürülən anbarlardan istifadə edildiyi bildirilib.

Ermənistan vətəndaşları rəhbər və təchizatçı qismində

İş üzrə əsas təqsirləndirilən şəxslərdən biri Ermənistan vətəndaşı Narek Ghukasiandır. Prokurorluq onu şəbəkənin regional rəhbərlərindən biri kimi təqdim edib.

İstintaqın məlumatına görə, Ghukasian topdansatışçılarla gündəlik əlaqə saxlayıb. Onun fəaliyyəti ilə 957 min paket siqaretin satışı və 12,4 milyon avro məbləğində cinayət gəliri əlaqələndirilir. Ghukasian ittihamları qəbul etməyib. Prokurorluq onun 6 il müddətinə azadlıqdan məhrum edilməsini, həbsdə saxlanılmasını və Fransa ərazisinə girişinə daimi qadağa qoyulmasını tələb edib.

Şəbəkənin digər əsas fiquru Arman Asatryandır. Prokurorluğun məlumatına əsasən, Asatryan Şərqi Avropadakı əlaqələrindən istifadə edərək Fransadakı şəbəkənin saxta siqaretlə təchizatında iştirak edib.

Asatryan daha əvvəl də analoji cinayətə görə məsuliyyətə cəlb olunub. O, 2022-ci ildə Lionda oxşar əməllərə görə məhkum edilib və hazırkı prosesdə təkrar cinayət törətmiş şəxs kimi təqdim olunub. Prokurorluq onun 5 il müddətinə azadlıqdan məhrum edilməsini və Fransaya girişinə daimi qadağa qoyulmasını istəyib.

Asatryanın əvvəlki məhkumluğu hazırkı işdə Ermənistan vətəndaşlarının iştirakı ilə bağlı ayrıca əhəmiyyət daşıyır. Söhbət yalnız bir dəfə aşkarlanmış epizoddan getmir: istintaq materiallarına əsasən, əsas təchizatçılardan biri kimi təqdim edilən şəxs Lionda oxşar cinayətə görə daha əvvəl də məhkum edilib.

Cinayət işi üzrə Zaven Khacatryan, Rudolf Avagyan və Karlen Hovakimyan da təqsirləndirilən şəxslər sırasındadır. Prokurorluq Zaven Khacatryan üçün 3 il həbs, bunun 12 ayının şərti olması, həbsdə saxlanılması, əmlakının müsadirəsi və Fransaya daimi giriş qadağası tələb edib.

Rudolf Avagyan üçün 3 il həbs cəzasının 18 ayının şərti olması və müsadirə, Karlen Hovakimyan üçün isə 3 il həbs cəzasının 18 ayının şərti olması, əmlakın müsadirəsi və Fransaya 10 illik giriş qadağası istənilib.

Beləliklə, cinayət işində Ermənistan vətəndaşlarının iştirakı bir şəxslə məhdudlaşmır. Prokurorluğun materiallarında bir neçə Ermənistan vətəndaşının adı müxtəlif səviyyələrdə, o cümlədən rəhbərlik və təchizat funksiyalarında keçir.

Saleh Hefassa prokurorluq tərəfindən Narek Ghukasianın əsas köməkçisi kimi təqdim olunub. İttihama görə, o, “Snapchat” vasitəsilə topdansatışçılar şəbəkəsini idarə edib. Prokurorluq Hefassa üçün 5 il həbsin 2 ilinin şərti olmaqla 3 il real həbs tələb edib və barəsində həbs qərarı çıxarılmasını istəyib.

143 mindən çox saxta “Marlboro” aşkarlanıb

“Philip Morris France” cinayət işi üzrə mülki iddia qaldırıb. 2024-cü ilin aprelindən 2025-ci ilin sentyabrınadək iş çərçivəsində 143 235 paket “Marlboro” siqareti müsadirə edilib.

Ekspertiza üçün götürülmüş 50 paketdən 41-nin saxta olduğu müəyyənləşdirilib. “Philip Morris France” dəymiş zərəri 139 046 avro qiymətləndirərək kompensasiya tələb edib.

Məhkəmədə təqdim edilən məlumatlara görə, 50 blok siqaret təxminən 1 200 avroya satılıb.

Fransada Ermənistan vətəndaşlarının saxta tütün dövriyyəsi ilə bağlı başqa cinayət işlərində də adları keçir. Fransa Gömrük Xidmətinin məlumatına görə, 2024-cü ilin noyabrında Lion DNRED bölməsi Bourg-lès-Valence ərazisində gizli tütün istehsalı müəssisəsi aşkarlayıb. Əməliyyat zamanı təxminən 5 ton xam tütün və külli miqdarda saxta siqaret aşkarlanıb. Hadisə ilə bağlı dörd Ermənistan vətəndaşının saxlanıldığı bildirilib.

“Bourg-lès-Valence” işi Lionda hazırda məhkəmədə araşdırılan cinayət işindən ayrıdır və açıq məlumatlarda bu iki şəbəkə arasında birbaşa əlaqə təsdiqlənməyib.

Bununla belə, ayrı-ayrı cinayət işlərində Ermənistan vətəndaşlarının saxta tütün istehsalı və dövriyyəsi ilə bağlı istintaqlarda təkrarən üzə çıxması Fransada hüquq-mühafizə orqanlarının sənədləşdirdiyi faktlar sırasındadır. Hazırkı Lion işində isə fərqli məqam onların bir qisminin şəbəkənin aşağı həlqəsində deyil, rəhbərlik və təchizat səviyyəsində ittiham edilməsidir.

Üç günlük məhkəmə prosesindən sonra yekun qərarın elan edilməsi təxirə salınıb. Narek Ghukasian üçün tələb olunan 6 il, Arman Asatryan üçün 5 il və digər şəxslər üçün istənilən həbs müddətləri prokurorluğun cəza tələbləridir və məhkəmənin yekun hökmü hesab edilmir.



Xəbərin oxunma sayı : 91




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap