“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Beyləqanda kənd təsərrüfatı ilə bağlı monitorinq keçirilib - Fotolar

Tarix 18.09.26, 11:13

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycan Prezidentinin 25 may 2026-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026−2030-cu illər üçün Dövlət Proqramı”nın icrası çərçivəsində Beyləqan rayonunda həyata keçirilməsi nəzərdə tutulan işlərin monitorinqi keçirilib.

AzFakt.com xəbər verir ki, Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Azərbaycan Respublikası Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin sektor müdiri Qiyas Yusifov, Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlıq şöbəsinin müdiri Bayandur Rzayev və aidiyyəti qurumların nümayəndələrindən ibarət heyət rayonda fəaliyyət göstərən “Şəhid Cabir” KFT MMC, “Eden Agro” MMC, “Qarabağ Toxum” MMC, “PrimeCotton” İFT MMC və sahibkar Möhübbət Məmmədovun fermer təsərrüfatlarında olub, həyata keçirilən işlərlə tanış olaraq mövcud imkanlar və inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparıb.

Daha sonra Beyləqan RİH-də kənd təsərrüfatı məhsullarının istehsalı və emalı ilə məşğul olan təsərrüfat nümayəndələrinin, aidiyyəti dövlət qurumlarının rəhbərlərinin və qərargah üzvlərinin iştirakı ilə görüş keçirilib.

Görüşdə Beyləqan RİH başçısı Əziz Əzizov çıxış edərək rayonda kənd təsərrüfatının inkişafı istiqamətində həyata keçirilən tədbirlər, mövcud istehsal imkanları və bu sahədə qarşıda duran vəzifələr barədə məlumat verib. Bildirilib ki, əkin sahələrindən səmərəli istifadə, məhsuldarlığın artırılması, fermer və sahibkarların fəaliyyətinin dəstəklənməsi, mövcud problemlərin operativ həlli və kənd təsərrüfatı potensialından daha səmərəli yararlanılması istiqamətində işlər davam etdirilir.

Azərbaycan Respublikası Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin sektor müdiri Qiyas Yusifov çıxışında Azərbaycan Prezidenti İlham Əliyevin 25 may 2026-cı il tarixli 1044 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın qarşıya qoyduğu məqsədlərdən geniş şəkildə bəhs edərək aqrar sahədə istehsalın genişləndirilməsi, məhsuldarlığın yüksəldilməsi, müasir texnologiyaların tətbiqi və kənd təsərrüfatında yeni imkanların yaradılmasının vacibliyini vurğulayıb.

Sonda Beyləqan rayonunda Dövlət Proqramının icrasının təmini məqsədilə mövcud imkanlardan daha geniş istifadə olunmaqla, qarşıya qoyulmuş hədəflərə nail olmaq üçün aidiyyəti qurumlara müvafiq tapşırıq və tövsiyələr verilib.






Xəbərin oxunma sayı : 58




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap