“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Ərzaq məhsulları xaricdən Azərbaycana neçəyə gətirilir? - Qiymətlər

Tarix 16.09.26, 11:43

Font ölçüsü : - / +
bitmap-img6


Bu ilin ilk 8 ayında xarici ölkələrdən Azərbaycana 1 milyard 828,8 milyon dollar dəyərində ərzaq məhsulları gətirilib.

Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, 2026-cı ilin yanvar-avqust aylarında ölkəyə ümumilikdə 11 milyard 423,4 milyon dollar dəyərində mal idxal olunub.

Beləliklə, ərzaq məhsullarının idxalı ümumi idxalın təxminən 16%-ni təşkil edib.

Qeyd edək ki, bu ilin ilk 8 ayında miqdar ifadəsində ən çox buğda, dəyər ifadəsində isə meyvə-tərəvəz idxal olunub.

Belə ki, Azərbaycana xarici ölkələrdən 185,2 milyon dollar dəyərində 841,7 min ton buğda, 205,2 milyon dollar dəyərində 223,1 min ton meyvə-tərəvəz gətirilib.

Nəticədə idxal olunan buğdanın 1 kiloqramının gömrük dəyəri təxminən 37 qəpik, meyvə-tərəvəzin 1 kiloqramının gömrük dəyəri isə 1,56 manat olub.
Bunlardan başqa, bu ilin ilk 8 ayında idxal olunan əsas ərzaq məhsullarının orta gömrük dəyəri aşağıdakı kimi olub:
- ətin 1 kiloqramının dəyəri 4 manat,
- süd və qaymağın 1 kiloqramının dəyəri 3,32 manat,
- kərə yağı və digər süd yağlarının 1 kiloqramının dəyəri 10,52 manat,
- çayın 1 kiloqramının dəyəri 10,21 manat,
- bitki və heyvan mənşəli piylər və yağların 1 kiloqramının dəyəri 2,72 manat,
- düyünün 1 kiloqramının dəyəri 1,53 manat,
- qarğıdalının 1 kiloqramının dəyəri 78 qəpik olub.



Xəbərin oxunma sayı : 58




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap