“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Partiya sədri istintaqa ifadəsindən danışdı: “İcra başçısı, nazir, nazir müavini olanlar qalıb qıraqda, mən...“

Tarix 16.09.26, 11:20

Font ölçüsü : - / +
bitmap-img6


"Ramiz Mehdiyevlə əlaqəli mənim dindirilməyim xəbərinin heç bir əsası yoxdur. Bu, yalan məlumatdır. Mənim Ramiz Mehdiyevin fəaliyyəti ilə bağlı məlumat əldə etmək imkanım olsaydı və bilsəydim ki, o, dövlət çevrilişinə hazırlaşır, bununla bağlı bəyanat verərdik, hökumət orqanlarına müraciət edərdik".

AzFakt.com xəbər verir ki, bu sözləri Axar.az-a açılamasında Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu Ramiz Mehdiyev işi üzrə aparılan istintaq çərçivəsində onun şahid qismində dindirilməsi ilə bağlı yayılan məlumat haqda danışarkən deyib.
“Yəni faktiki olaraq Ramiz Mehdiyevin deputat etdiyi, hüquq-mühafizə orqanlarına yerləşdirdiyi adamlar, bilavasitə xeyir-duası ilə icra başçısı, nazir, nazir müavini olanlar qalıb qıraqda, Sərdar Cəlaloğlu ifadə verir? Bu, tamam yalan bir məlumatdır. Bunu niyə yayırlar, nə üçün yayırlar, anlamıram. Qətiyyən belə bir şey yoxdur və olmayıb. Sadəcə olaraq, o vaxt Ramiz Mehdiyev məsələsi çıxanda Əli Kərimov tərəfdarları bizə hücum etdi ki, guya bizim Ramiz Mehdiyevlə əlaqəmiz var. Mən də onlara cavab verdim. O cavabla bağlı DTX-dən mənə müraciət etdilər, getdim. O vaxt qəzetlərdə Əli Kərimli ilə bağlı olanları bir də təkrarladım. Vəssalam. Yerdə qalanı boş şeylərdir. Bunları kim edirsə, şərəfsiz adamlardır”, - Cəlaloğlu bildirib.



Xəbərin oxunma sayı : 892




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap