“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Nigar Fərhad haqda qərar verildi - Şikayətçilər artır

Tarix 18.09.26, 12:22

Font ölçüsü : - / +
bitmap-img6


Aparıcı Nigar Fərhadın təsisçisi olduğu “AİD Group” xaricdə təhsil şirkəti ilə bağlı şikayətlərin sayı artır.

“Qafqazinfo”ya müraciət edən paytaxt sakini Mikayılov Rüfət İsrafil oğlu da şirkətdən şikayətçi olan şəxslərdən biridir.

Rüfət iki il əvvəl ABŞ-də təhsil almaq üçün “AİD Group”a müraciət edib. Şirkətdə ona müqavilə təqdim olunub, şərtlərlə razılaşdıqdan sonra o, 2 min dollar ödəniş edib.

Şikayətçinin sözlərinə görə, sonradan ona təqdim edilən müqavilədə ilkin göstərilən sənəddən fərqli şərtlərin yer aldığını görüb. Belə ki, yeni müqavilədə viza üçün əlavə 850 manat ödənilməli olduğu və başqa bir neçə əlavə qeyd edilib.

Rüfət ona ofisdə təqdim olunan yeni müqavilə ilə tanış olduqdan sonra “AİD Group”la ilkin razılaşmadan imtina edib: “Əvvəl danışdıqlarımızdan fərqli şərtlərlə tanış olan kimi müraciətimə xitam verilməsini tələb etdim. Şirkətin yaratdığı “WhatsApp” qrupunda da bu barədə məlumat verdim. Qayda belədir ki, müqavilədən bir həftə ərzində imtina edildikdə ödənilən məbləğin yarısı geri qaytarılmalıdır. Amma bu vaxta qədər verdiyim 2 min dollardan 1 manat belə qaytarılmayıb. Sonuncu dəfə polisdə şikayət ərizəsi yazdım, prokurorluqdan mənə zəng ediləcəyini dedilər. Hələlik heç bir xəbər yoxdur”.

Rüfətin dediyinə görə, “AİD Group”un ofisinə daxil olarkən girişdə telefonu əlindən alınıb. Bu qayda kiminsə səsini yazmağın qarşısını almaq məqsədilə bütün müştərilərə tətbiq olunub.

Açıklama yok.

“AİD Group”la bağlı hazırda Baş Prokurorluğun İstintaq İdarəsində hərtərəfli istintaq hərəkətləri aparılır. Bir neçə zərərçəkmişə dəymiş ziyanın ödənildiyi deyilir.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Nigar Fərhad artıq cinayət məsuliyyətinə cəlb edilib. Ona qarşı  Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham irəli sürülüb, barəsində “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilib.

Bu ittihamlar gələcəkdə məhkəmə istintaqı ilə təsdiqini tapsa, Nigarı 5 ildən 10 ilə qədər həbs cəzası gözləyir.

Qeyd edək ki, iki ay əvvəl “AİD Group” fəaliyyətini dayandırıb. Şirkətin faktiki rəhbəri Samir Yəhyazadə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs edilib. Samir Nigar Fərhadın həyat yoldaşıdır.



Xəbərin oxunma sayı : 82




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap