“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Vidadi Zeynalovun oğlunun ölkədən çıxışına “stop“ qoyuldu - VERGİ BORCU

Tarix 15.09.26, 16:38

Font ölçüsü : - / +
bitmap-img6


Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq Aparat rəhbəri Vidadi Zeynalovun oğlunun ölkədən çıxışına məhdudiyyət qoyulub.

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, müstəqil “Fərid-R” Çoxsahəli İstehsalat Firmasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə ümumilikdə 38 765,99 manat vergi borcu yaranıb.

Borc şirkətin qanuni təmsilçisi Zeynal Zeynallı Vidadi oğlu tərəfindən ödənilmədiyi üçün Lokal Gəlirlər Baş İdarəsi məhkəməyə müraciət edib.

Məhkəmənin qərarı ilə 1994-cü il təvəllüdlü Zeynal Zeynallının ölkədən getmək hüququ vergi öhdəlikləri tam yerinə yetirilənədək müvəqqəti məhdudlaşdırılıb.

Qeyd edək ki, “Fərid-R” firmasının adı 2016–2017-ci illərdə ictimaiyyət arasında böyük rezonans doğuran keçmiş Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin vəzifəli şəxsləri, o cümlədən nazirliyin Aparat rəhbəri olmuş Vidadi Zeynalovun cinayət işi üzrə materiallarda tender qalibi və podratçı qismində çıxış edən müəssisələrdən biri kimi keçib.



Xəbərin oxunma sayı : 61




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap