“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Prezident BƏƏ-nin milli təhlükəsizlik müşavirini qəbul etdi - FOTOLAR

Tarix 14.09.26, 18:26

Font ölçüsü : - / +
bitmap-img6


Prezident İlham Əliyev sentyabrın 14-də Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) milli təhlükəsizlik müşaviri, Əbu-Dabi Əmirliyi hakiminin müavini Şeyx Tahnun bin Zayed Al Nəhyanı qəbul edib.

“Qafqazinfo” xəbər verir ki, qonaq ilk növbədə Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın salamlarını dövlətimizin başçısına çatdırdı.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Şeyx Məhəmməd bin Zayed Al Nəhyana çatdırmağı xahiş etdi.

Söhbət zamanı ölkələrimiz arasında strateji tərəfdaşlıq əlaqələrinin uğurla inkişaf etdiyi bildirildi, ikitərəfli əməkdaşlığın müxtəlif istiqamətlərdə genişlənməsindən məmnunluq ifadə olundu.

Münasibətlərimizin möhkəmlənməsində Azərbaycan və BƏƏ prezidentlərinin şəxsi dostluq əlaqələri, dövlət başçılarının qarşılıqlı səfərləri və görüşlərinin mühüm rol oynadığı vurğulandı.

Əməkdaşlıqla bağlı məsələlərin müzakirəsi baxımından Birləşmiş Ərəb Əmirliklərindən böyük nümayəndə heyətinin ölkəmizə səfərinin əhəmiyyətinə toxunuldu.

Sonra Prezident İlham Əliyev və Birləşmiş Ərəb Əmirliklərinin milli təhlükəsizlik müşaviri Şeyx Tahnun bin Zayed Al Nəhyanın iştirakı ilə sənədlərin imzalanması mərasimi oldu.

Mərasimdə “Azərbaycanda bərpaolunan enerji layihələrinin işlənib hazırlanması məqsədilə “Abu Dhabi Future Energy Company” - “Masdar” və “AGEC” arasında əməkdaşlıq Sazişi”, “Azərbaycan İnvestisiya Holdinqi ilə "L’IMAD HOLDING COMPANY PJSC" arasında strateji əməkdaşlıq Sazişi”, “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti ilə “Terra Mining Ltd” arasında “Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikası ərazisində mineral-xammal potensialının və mədən sahələrinin birgə qiymətləndirilməsi və kəşfiyyatı haqqında Saziş”, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi və “GROUP 42 Holding Ltd” arasında “Azərbaycan Respublikasında Data Mərkəzinin, Yüksək Performanslı Hesablama və Süni İntellekt İnfrastrukturunun inkişafı üzrə əməkdaşlığa dair Anlaşma Memorandumu”, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi (Azərbaycan Respublikasının adından çıxış edən) və “XRG SGC LIMITED” arasında “Cənub Qaz Dəhlizi” Qapalı Səhmdar Cəmiyyəti ilə bağlı Səhmdarlar Müqaviləsi”, həmçinin Energetika Nazirliyi, SOCAR və “Masdar” arasında “Neftçala 315 mvt Günəş fotovoltaik layihəsi üzrə maliyyə bağlanışının baş tutmasının təsdiqi” sənədi imzalandı.






Xəbərin oxunma sayı : 58




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap